Paris-2024: Avarçəkənimiz altı iştirakçı arasında üçüncü oldu 

Paris-2024: Avarçəkənimiz altı iştirakçı arasında üçüncü oldu 

Fransanın paytaxtı Parisdə keçirilən XXXIII Yay Olimpiya Oyunları davam edir. Bu gün akademik avarçəkmə üzrə Azərbaycan millisinin üzvü Diana Dımçenko Paris-2024-də növbəti dəfə çıxış edib.

O, 2000 metr məsafəyə fərdi yarışda 6-12-ci yerlər uğrunda mübarizə aparıb.

Diana Dımçenko C/D yarımfinalında altı iştirakçı arasında üçüncü olub. Məsafəni 7 dəqiqə 59,23 saniyəyə qət edən avarçəkən C finalına vəsiqə qazanıb.