Yunan-Roma güləşçimiz Sənan Süleymanov Paris-2024 Yay Olimpiya Oyunlarında 1/4 final görüşünə çıxıb. Avropa çempionumuz bu mərhələdə Macarıstan təmsilçisi Zoltan Levayla qarşılaşıb. Gərgin mübarizə şəraitində keçən görüşdə idmançımız sonuncu xal prinsipinə əsasən qalib gəlib -1:1. Beləliklə, Sənan Süleymanov qələbə sayəsində adını yarımfinala yazdırıb.
Xarırladaq ki, güləşçimiz ilk mərhələdə Bolqarıstanı təmsil edən erməni əsilli güləşçi Aik Mnatsakanyanı məğlub edib.