Paris-2024: Hacı Əliyev 1/4 finalda məğlub oldu

Paris-2024: Hacı Əliyev 1/4 finalda məğlub oldu

Sərbəst güləş üzrə yığma komandamızın üzvü, üçqat dünya, dördqat Avropa və ikiqat Olimpiya mükafatçımız Hacı Əliyev Paris-2024-də 1/4 final görüşünə çıxıb. 65 kq çəki dərəcəsində mübarizə aparan idmançımızın bu mərhələdəki rəqibi dünya və Avropa çempionu İsmail Musukayev (Macarıstan) olub. Görüş rəqib idmançının 10:3 hesbalı qələbəsi ilə başa çatıb. Macarıstanlı güləşçi finala vəsiqə qazanacağı təqdirdə pəhləvanımız sabah bürünc medal uğrunda təsəlliverici görüşə çıxacaq. 

Qeyd edək ki, Hacı əliyev 1/8 finalda meksikalı Ostin Qomesə qalib gəlib.