Bakıda IV rəqəmsal kommunikasiya və sosial media seminarı keçirilir
BOK
02.10.2024, 17:01
Bakıda Milli Olimpiya Komitəsinin təşkil etdiyi IV rəqəmsal kommunikasiya və sosial media seminarı keçirilir.
Rəqəmsal alətlər və süni intellektin idman dünyasında istifadəsinin müzakirə edildiyi seminarda dünyanın müxtəlif ölkələrinin Milli Olimpiya komitələri və idman təşkilatlarını təmsil edən qonaqlar iştirak edir.
Bu gün “Golden Coast” hotelində keçirilən seminarın birinci sessiyasında Milli Olimpiya Komitəsinin baş katibi Azər Əliyev çıxış edərək, tədbir iştirakçılarına uğurlar arzulayıb.
Azərbaycanın bu vaxta qədər böyük tədbirlərə və çoxsaylı yarışlara ev sahibliyi etdiyini qeyd edən Azər Əliyev rəqəmsal kommunikasiya və sosial media mövzusunun vacibliyindən danışıb.
Rəqəmsal kommunikasiya və sosial media seminarının ilk dəfə 2019-cu ildə Azərbaycanda keçirildiyini xatırladan MOK-un baş katibi Madrid və Lozannadan sonra ikinci dəfə bu seminarın ölkəmizdə təşkil edildiyin qeyd edib.
Avropa Olimpiya Komitələrinin (AOK) prezidenti Spiros Kapralosun video müraciəti səsləndirildikdən sonra MOK-larla əlaqələr və Olimpiya Həmrəyliyi üzrə direktor müavini Lenni Abbeyin və MOKA-nın baş katibi Qunilla Lindberqin onlayn qaydada çıxışı olub.
Tədbirdə Avropa Olimpiya Komitəsinin üzvü Canluka De Angelis Azərbaycan MOK-nun baş katibi Azər Əliyevə, MOK-un beynəlxalq proqramlar idarəsinin müdiri Mehman Kərimova, Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətinin rəhbəri Ülkər Abbasovaya idman sektorunun inkişafına verdiyi töhfələrə görə AOK-un xüsusi hədiyyəsini təqdim edib.
Seminarda həmçinin Paris-2024 Yay Olimpiya Oyunlarına həsr olunmuş rəqəmsal kommunikasiya və sosial media ilə bağlı hesabatlar da dinlənilib.
Sessiyada BOK-un Rəqəmsal interaksiya və marketinq departamentinin təqdimatçısı Nikolas Reyxen onlayn formatda “Paris-2024 Yay Olimpiya Oyunlarının nəticələri/Təsir və Strategiya/Nəzər: Çətinliklər, ən yaxşı təcrübələr və öyrənilmiş dərslər” mövzusunda məruzəsi ilə çıxış edib.
Tədbir zamanı “Süni intellekt üzrə Olimpiya proqramı: Sİ istedadların müəyyənləşdirilməsində və ictimaiyyətlə əlaqəsi” mövzusunda çıxışlar da olub. “Qitə Assosiasiyaları və Milli Olimpiya Komitələri arasında əməkdaşlıq: Hazırkı vəziyyət və Paris 2024-dən alınan dərslər, həmçinin gələcəyə baxış (EYOF, MICO 2026, Avropa Oyunları)” mövzusunda müzakirələr aparılıb.
Bundan başqa seminarın ilk günündə Beynəlxalq Cüdo Federasiyasının əməkdaşı Vlad Marineskunun “Rəqəmsal sahədə naviqasiya: Paris-2024 oyunlarının çətinlikləri və 2 həll yolu”, Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətinin rəhbəri Ülkər Abbasovanın “Əhatənin maksimallaşdırılması: Rəqəmsal platformalar arasında təsiri artırmaq üçün strategiyalar” mövzusunda məruzələr səslənib.
Seminar öz işinə oktyabrın 4-də yekun vuracaq.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Avarçəkənimiz Avropa çempionu olub
12.06.2026, 15:17 Su idman növləri
-
"Real" 32 saata Bernardo Silvanın transferini yekunlaşdırdı
12.06.2026, 13:52 Futbol
-
AOK-un 55-ci Baş Assambleyası öz işinə başlayıb
12.06.2026, 13:21 MOK
-
DÇ-2026 fərqli olacaq: 3 ev sahibi, 48 komanda, 104 oyun
12.06.2026, 12:58 Gündəm
-
Rövşən Nəcəf Dünya Korporativ Oyunlarının qalibi olan komanda ilə görüşüb
12.06.2026, 11:45 Olimpiya dünyası
-
Sumqayıtda 3x3 basketbol üzrə beynəlxalq turnir keçiriləcək
12.06.2026, 11:04 Basketbol
-
Kişi voleybolçulardan ibarət millimiz Avropa Liqasında növbəti oyununu keçirəcək
12.06.2026, 10:52 Voleybol
-
Dünya Kuboku: Cənubi Koreyadan əzmkar qələbə
12.06.2026, 09:33 Futbol
-
Stolüstü tennis üzrə Liqa turniri başa çatıb
12.06.2026, 08:55 Tennis
-
Meksika Dünya Kubokunun açılış oyununda qalib gəldi
12.06.2026, 01:22 Futbol
-
Mourinyo yenidən "Real"da
12.06.2026, 00:09 Futbol
-
Dünya çempionatının açılış mərasimi keçirilib
11.06.2026, 22:58 Gündəm
-
Basketbol millimiz dünya reytinqində ilk pilləyə yüksəlib
11.06.2026, 22:14 Basketbol
-
Məktəblilərin Respublika İdman Olimpiadasına start verilir
11.06.2026, 14:40 Olimpiya dünyası
-
Sevdiyim komanda mənə əzizdir, futbol isə ondan da əzizdir
11.06.2026, 09:59 Gündəm
-
Azərbaycan boks tarixində ilk
09.06.2026, 17:35 Gündəm
-
MOK və ”Visa” arasında tərəfdaşlıq müqaviləsi yenilənib
09.06.2026, 12:49 MOK
-
"Judo Club 2012" klubunda ümumrespublika seminarı keçirilib
09.06.2026, 11:51 Olimpiya dünyası
-
Millimiz bu gün San Marino yığması ilə qarşılaşacaq
09.06.2026, 10:26 Futbol
-
Olimpiya mükafatçımız U-17 millisinin böyük məşqçisi təyin edildi
08.06.2026, 22:14 Son xəbər
-
AMADA-nın Müşahidə Şurasının növbəti iclası keçirilib
08.06.2026, 19:51 AMADA
-
MPK-nın nümayəndə heyəti Avropa Paralimpiya Komitəsinin forumunda iştirak edib
08.06.2026, 19:16 Olimpiya dünyası
-
Azərbaycan və Serbiya idman sahəsində əməkdaşlığı genişləndirəcək
08.06.2026, 18:59 Olimpiya dünyası
-
Qəhrəmanlıq tariximizə şərəf qatanlar
08.06.2026, 18:05 Olimpiya dünyası
-
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının təşkilatçılığı ilə minifutbol turnirinə start verilib
08.06.2026, 16:25 Futbol
-
Azərbaycanın kişi tennisçilərdən ibarət yığması “Davis Cup”da iştirak edəcək
08.06.2026, 15:55 Tennis
-
Azərbaycan kanoeçisi Avropa çempionatında mübarizə aparacaq
08.06.2026, 15:37 Olimpizm xəbərləri
-
Azərbaycan gimnastları Dünya Kuboku və AGF Trophy yarışlarında üç qızıl medal qazandılar
08.06.2026, 15:21 Gimnastika
-
Millimizin baş məşqçisi Vyetnamda təlim keçib
08.06.2026, 13:25 Güləş
-
Məşqçilər üçün seminar təşkil edilib
08.06.2026, 12:32 Taekvondo
-
Azərbaycan Kubokunun qalibləri müəyyənləşib
08.06.2026, 11:49 Güllə atıcılığı
-
Helsinborqda bürünc medal
08.06.2026, 11:40 Tennis
-
Şahmatçımızdan uğurlu başlanğıc
08.06.2026, 10:47 Olimpizm xəbərləri
-
Bakıda keçirilən beynəlxalq tennis turniri başa çatıb
08.06.2026, 10:10 Tennis