AHİK-in sədri qurumun tabe təşkilatlarında mövcud vəziyyətlə maraqlanıb
BOK
07.10.2024, 16:54
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri Sahib Məmmədov AHİK-in Respublika Turizm və Ekskursiyalar üzrə Şurasında olub.
Şuranın sədri İlmir İsmayılov qurumun fəaliyyəti, turist bazaları haqqında AHİK sədrinə məlumat verib. Bildirib ki, məzuniyyət dövründə ittifaq üzvlərinin səmərəli vaxt keçirmələri və mənalı istirahəti üçün qurum tərəfindən hər cür şərait yaradılır. Onun sözlərinə görə, Şuranın turist bazalarında yay mövsümü ərzində xeyli sayda ittifaq üzvü ailəvi istirahət edir. Konfederasiya sədri inzibati binaya baxış keçirib, otaqları gəzib, əməkdaşların iş şəraiti ilə maraqlanıb, bir sıra tapşırıq və tövsiyələrini verib.
Sonra Konfederasiya sədri Sahib Məmmədov AHİK-in Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyasına (AHİTA) baş çəkib. Sədr iş otaqlarını gəzib, məşqçi, paltardəyişmə otaqlarına və idman zallarına baxış keçirib, yaradılmış şəraitlə tanış olub.
Qeyd edək ki, qurumun strukturuna 5 idman cəmiyyəti – “Məhsul”, “Spartak”, “Zenit”, “Gənclik”, “Qarabağ” və 4 idman klubu – “Atilla”, “Pəhləvan”, “Şahmat və Dama”, “Alpinizm və turizm” daxildir. İdman təşkilatlarında 16 (sərbəst güləş, yunan-Roma güləşi, boks, cüdo, sambo, karate, şahmat, dama, atletika, ağır atletika, güllə atıcılığı, bədii gimnastika, futbol, basketbol, taekvondo, alpinizm) idman növü inkişaf etdirilir. Assosiasiyasının idmançıları 2023-cü ildə keçirilən yarışlarda 191 qızıl, 126 gümüş, 164 bürünc medal qazanıblar. Medallardan 32-si Avropa və dünya çempionatlarında əldə olunub.
2024-cü ilin yanvar-sentyabr aylarında isə keçirilən yarışlarda idmançılar ümumilikdə 305 medal (86 qızıl, 90 gümüş, 129 bürünc) qazanıblar ki, bunun da 21-i Avropa miqyaslı, 4-ü dünya çempionatının, 48-i müxtəlif beynəlxalq turnirlərin, 232-i isə respublika yarışlarının payına düşür. 2023-cü il ərzində AHİTA-nın idman təşkilatlarının keçirdikləri 104 tədbirin 43-ü kütləvi sağlamlıq, 61-i isə idman yarışları olub və bu tədbirlərə 4068 idmançı qatılıb.
AHİTA-nın “Zenit” İdman Cəmiyyətinə gələn Konfederasiya sədri burada idman zallarını gəzib, şəraitlə maraqlanıb, idmançıların məşq prosesini izləyib.
Assosiasiyanın sədri Binyamin Mənsimzadə bildirib ki, idman cəmiyyətinin nəzdində 2 Uşaq Gənclər İdman Məktəbi (UGİM) fəaliyyət göstərir. UGİM-lər Bakı və Sumqayıt şəhərlərində yerləşir. Həmin məktəblərdə idmanın sərbəst güləş, yunan-Roma güləşi, cüdo, boks, taekvondo və sambo növləri üzrə yüksək səviyyəli idmançılar hazırlanır.
AHİK sədri Sahib Məmmədov həmçinin AHİTA-nın Yasamal rayon stadionunda da olub. Sədr burada futbol meydançalarını gəzib, vəziyyətlə maraqlanıb.
Sonda Konfederasiya sədri AHİTA-nın rəhbərliyinə idman zallarında şəraitin yaxşılaşdırılması, yeni standartlara uyğun alət və avadanlıqlarla təchiz olunması barədə tapşırıqlar verib.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
İslam Həmrəyliyi İdman Assosiasiyasının Baş Katibliyinin üzvü vəfat edib
13.09.2026, 22:41 Olimpizm xəbərləri
-
Azərbaycan nümayəndə heyəti ISSA-nın 15-ci Baş Assambleyasında iştirak edib
12.09.2026, 21:00 MOK
-
MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə yüksək fəaliyyətinə görə Təşəkkürnamə ilə təltif olunub
12.09.2026, 19:25 MOK
-
İdman Qazaxda birləşir: Təcrübədən gələcəyə körpü
11.09.2026, 18:29 Olimpiya dünyası
-
Yunan-Roma güləşçilərimiz toplanışa başlayırlar
11.09.2026, 18:10 Güləş
-
Azərbaycan Atletika Federasiyasında hakimlərlə görüş keçirilib
11.09.2026, 17:02 Atletika
-
Türkiyə yelkənçiləri Bakıda
10.09.2026, 15:07 Su idman növləri
-
Rəşad Nəbiyev yeniyetmə və gənclərdən ibarət milli komandaların üzvləri ilə görüşüb
10.09.2026, 14:33 Cüdo
-
Federasiya prezidenti yeniyetmə voleybolçularla görüşüb
10.09.2026, 13:30 Voleybol
-
Yelkən idmanı üzrə açıq Azərbaycan çempionatı keçiriləcək
10.09.2026, 11:39 Su idman növləri
-
Azərbaycan İdman Akademiyasında ekspert Ceyms Bidlin rəhbərliyi ilə dəyirmi masa keçirilib
10.09.2026, 10:15 Olimpiya dünyası
-
Kata üzrə Azərbaycan çempionatı və birinciliyi keçiriləcək
09.09.2026, 13:48 Cüdo
-
Çempionlar Liqası: Liqa mərhələsinə start verildi
09.09.2026, 01:10 Futbol
-
Velosipedçimiz Almatıda dördüncü oldu
08.09.2026, 12:30 Velosiped
-
Azərbaycan yeni Məcəlləyə uyğun milli antidopinq qaydalarını Avropada hazırlayan ilk ölkədir
08.09.2026, 12:22 AMADA
-
Formula 1: Azərbaycan Qran-prilərində marşal olmaq üçün 35 mindən çox müraciət qeydə alınıb
08.09.2026, 11:47 Formula 1
-
Türkiyəli mütəxəssis Azərbaycan Basketbol Federasiyasında yeni vəzifəyə təyin olunub
08.09.2026, 10:49 Olimpizm xəbərləri
-
Çempionlar Liqasında Liqa mərhələsinə start verilir
08.09.2026, 10:10 Futbol
-
Badmintonçumuz “Cameroon International 2026” turnirinin mükafatçıları sırasında
07.09.2026, 20:13 Olimpiya dünyası
-
Pəhləvanlarımız Vladiqafqazdan 8 medalla Vətənə qayıdıblar
07.09.2026, 16:05 Güləş
-
Üzgüçülük üzrə "İpək Yolu" Dünya Kubokunun "Bakı 2026" mərhələsinə biletlər satışda
07.09.2026, 15:53 Su idman növləri
-
Fərid Qayıbov Pakistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfirini qəbuul edib
07.09.2026, 15:42 Olimpiya dünyası
-
Nicat Abbasov: Olimpiadada uğurlu çıxış üçün bəxt amili də vacibdi - MÜSAHİBƏ
07.09.2026, 15:28 Müsahibə
-
Cüdo millimiz Bakıda beynəlxalq təlim-məşq toplanışında iştirak edir
07.09.2026, 15:02 Cüdo
-
Avropa çempionatında uğurla çıxış edən cüdoçularımız Vətənə qayıdıblar
07.09.2026, 14:55 Cüdo
-
Millimiz U-23 dünya çempionatına Bakıda hazırlaşır
07.09.2026, 14:39 Güləş
-
Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatına həsr olunan fan zona yaradılıb
07.09.2026, 14:20 Cüdo
-
Kamandan oxatma üzrə Bakı şəhər çempionatı keçiriləcək
07.09.2026, 13:16 Olimpiya dünyası
-
Azərbaycanı Avropa çempionatında iki paraüzgüçü təmsil edəcək
07.09.2026, 12:01 Su idman növləri
-
Fiqurlu konkisürənimiz beynəlxalq turnirdə 6-cı yeri tutub
07.09.2026, 10:02 Olimpiya dünyası
-
Azərbaycan xizəkçisi FIS Kontinental Kubokuna vəsiqə qazanıb
07.09.2026, 01:12 Olimpiya dünyası
-
Cüdoçularımız Avropa birinciliyini 5 medalla başa vurdular
07.09.2026, 00:28 Cüdo
-
İsveçrədə uğurlu nəticə
07.09.2026, 00:03 Taekvondo
-
Paytaxtımız daha bir mötəbər yarışa ev sahibliyi etdi
06.09.2026, 12:14 Olimpiya dünyası