Karateçilərimiz dünya çempionatında iştirak edəcəklər 

Karateçilərimiz dünya çempionatında iştirak edəcəklər 

Azərbaycanın yeniyetmə və gənclərdən ibarət karateçiləri İtaliyanın Venesiya şəhərində dünya çempionatında iştirak edəcək.

Azərbaycan Karate Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, yığmamız mundialda 25 nəfərdən ibarət heyətlə baş məşqçi Anar Allahverdiyevin, məşqçilər Seymur Xudaverdiyev və İsmayıl Quliyevin rəhbərliyi altında kumite və kata növlərində mübarizə aparacaq.

Bundan başqa Cahangir Babayev və Vüqar Kərimov hakim qismində Azərbaycanı təmsil edəcək.

Yığmamız yarışa Azərbaycan Karate Fedarasiasının baş katibi Qabil Sayadovun rəhbərliyi altında yollanıb.

Qeyd edək ki, yarış oktyabrın 9-dan 13-dək davam edəcək.