Cüdoçularımız Malaqada təlim-məşq toplanışında iştirak edirlər

Cüdoçularımız Malaqada təlim-məşq toplanışında iştirak edirlər

Olimpizm xəbərləri

17.10.2024, 23:16

Azərbaycanın qadınlardan ibarət cüdo millisi İspaniyanın Malaqa şəhərində oktyabrın 14-dən 19-dək davam edəcək Avropa Cüdo Birliyinin təşkilatçılığı ilə keçirilən Olimpiya təlim-məşq toplanışına qatılıb.

Hazırlıq prosesində 7 idmançı çıxış edir.

Cüdoçulara qadınlardan ibarət yığma komandanın baş məşqçisi Rəşad Məmmədov rəhbərlik edir.

Təlim-məşq toplanışı noyabrın 15-dən 17-dək Polşanın Pila şəhərində keçiriləcək 23 yaşa qədər cüdoçular arasında Avropa çempionatına hazırlıq məqsədi daşıyır.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR