Yüksək Liqada V tur başa çatdı

Yüksək Liqada V tur başa çatdı

BOK

09.01.2025, 20:44

Bu gün qadın voleybolçular arasında Yüksək Liqada növbəti turun oyunları keçirilib. Turun ilk oyunu Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində təşkil olunub. “Murov Az Terminal” komandası  “Abşeron”la üz-üzə gəlib. 3 set davam edən matçda “Abşeron” 3:0 hesablı qələbə qazanıb. 

Eyni məkanda keçirilən günün ikinci oyununda “Azərreyl” və “Gəncə” komandaları qarşılaşıb.  Meydan sahibindən üstün olan qonaqlar 0:3 hesabı ilə qalib gəliblər.

UNEC VK-nın idman zalında təşkil olunan V turun digər görüşündə isə “Milli Aviasiya Akademiyası” klubu UNEC üzərində 3:0 hesabı ilə qələbə qazanıb.

Qeyd edək ki, qadın voleybolçuların Yüksək Liqasında VI turun oyunları yanvarın 15-də keçiriləcək.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR