Boksçularımız ilin ilk hazırlığına Göygöldə başlayıblar

Boksçularımız ilin ilk hazırlığına Göygöldə başlayıblar

Azərbaycanın kişi boksçulardan ibarət millisi yeni ilin ilk təlim-məşq toplanışına start verib.

Azərbaycan Boks Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, Ravşan Xocayevin baş məşqçisi olduğu yığmamız hazırlığa Göygöldə başlayıb.

Yeni baş məşqçi hazırlıq prosesinə 36 boksçu cəlb edib. Göygöl Olimpiya İdman Kompleksində keçirilən məşqlərdə əsas diqqət ümumi fiziki hazırlığa yönələcək.

Qeyd edək ki, hazırlıq prosesi yanvarın 25-də başa çatacaq.