Millimiz ilin ilk hazırlığına başladı

Millimiz ilin ilk hazırlığına başladı

Qadın boksçulardan ibarət Azərbaycan millisi ilin ilk hazırlığına başlayıb.

Bu barədə Azərbaycan Boks Federasiyasının mətbuat xidmətindən məlumat verilib.

Yığma Şəkidə təlim-məşq toplanışındadır. Əsas diqqət idmançıların ümumi fiziki hazırlığına yönələcək. Məşqlərdə 8 boksçu iştirak edir. 

Hazırlıq prosesi yanvarın 25-də başa çatacaq.