Sabah bütün futbolsevərlərin diqqəti İsveçrənin Nyon şəhərinə yönələcək. Belə ki, UEFA Çempionlar Liqasında pley-off mərhələsinin püşkatma mərasimi keçiriləcək.
Yeni reqlamentə əsasən bu mərhələdə hər klub üçün 2 mümkün rəqibin müəyyənləşib. Bakı vaxtı ilə saat 15:00-da başlayacaq püşkatmada Liqa mərhələsində 9-24-cü yerləri tutan komandalar 8 cütü təşkil edəcək. Finala gedən yolda 9-10-cu yeri tutanlar 23-24-cü, 11-12-ci yerin sahibləri 21-22-ci, 13-14-cü pillədə qərarlaşanlar 19-20-ci, 15-16-cı olanlar isə 17-18-ci yerlərdəki komandalarla üz-üzə gələcəklər. Püşkə əsasən komandalar ev və səfər görüşlərindən sonra növbəti mərhələ üçün mübarizəni davam etdirəcəklər.
Pley-off mərhələsinin mümkün cütləri:
"Monako” (Fransa)/“Brest” (Fransa) - PSJ (Fransa)/“Benfika” (Portuqaliya)
“Sportinq” (Portuqaliya)/“Brügge” (Belçika) - “Atalanta” (İtaliya)/“Borussiya” D (Almaniya)
“Seltik” (Şotlandiya)/“Mançester Siti” (İngiltərə) - “Real” (İspaniya)/“Bavariya” (Almaniya)
“Yuventus” (İtaliya)/“Feyenoord” (Niderland) - PSV (Niderland)/“Milan” (İtaliya)