Atıcımız Avropa çempionatında bürünc medal qazandı

Atıcımız Avropa çempionatında bürünc medal qazandı

Azərbaycanın güllə atıcısı Leyli Əliyeva Estoniyanın paytaxtı Tallində keçirilən Avropa çempionatında bürünc medal qazanıb

Azərbaycan Atıcılıq Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, o, 10 metr məsafəyə pnevmatik tapançadan atəşaçma üzrə (U-18) fərdi yarışda üçüncü yeri tutub.

İdmançı bürünc medal uğrunda mübarizədə Bolqarıstan təmsilçisi Mariya Atanasovaya 12:11 hesabı ilə qalib gəlib.