“Artıq 20 ildir, 5 mart tarixi Bədən Tərbiyəsi və İdman Günü kimi qeyd edilir”.
Bu sözləri Pekin-2008 Yay Olimpiya Oyunlarının cüdo yarışlarının bürünc mükafatçısı, Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətinin rəisi, polis polkovnik-leytenantı Mövlud Mirəliyev “Hərbi Qənimətlər Parkı”nda 5 Mart - Bədən Tərbiyəsi və İdman Günü münasibətilə MOK-un təşəbbüsü ilə keçirilən ağacəkmə aksiyası zamanı deyib.
O, qeyd edib ki, aksiyaya qoşulmaqda məqsəd təbiəti qorumaqdır.
“Ağacəkmə aksiyasının mahiyyəti təkcə ağac əkmək yox, təbiətimizi qorumaq, gənclərdə təbiətə sevgi yaratmaqdır. Bu, həm də bizim sağlamlığımıza olan xidmətdir. Bu gün Milli Olimpiya Komitəsinin təşəbbüssü ilə “Hərbi Qənimətlər Parkı”nda keçirilən belə bir aksiyada iştirak etməkdən məmnunam. Fürsətdən istifadə edib 5 Mart – Bədən Tərbiyəsi günü münasibəti ilə idmançılarımızı və idman ictimaiyyətinin nümayəndələrini təbrik edir, onlara uğurlar arzulayıram”, - deyə Mövlud Mirəliyev bildirib.
Mövlud Mirəliyev: “Ağacəkmə aksiyasının mahiyyəti gənclərdə təbiətə sevgi yaratmaqdır”
