İspaniya La Liqasında 28-ci turun daha bir oyunu keçirilib. Çempionluq uğrunda mübarizə aparan Madrid "Real"ı doğma meydanda "Rayo Vallekano"nu qəbul edib. Görüş ev sahibi komandanın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Bu nəticədən sonra xallarını 57-yə çatdıran "Kral klubu" ikinci pilləyə yüksəlib. Qonaqlar isə 36 xalla yeddinci yerdə qərarlaşıblar.