Azərbaycan Kubokunda daha bir yarımfinalçı müəyyənləşdi

Azərbaycan Kubokunda daha bir yarımfinalçı müəyyənləşdi

Olimpizm xəbərləri

12.03.2025, 18:33

Basketbol üzrə Azərbaycan Kubokunda 1/4 final mərhələsinin növbəti oyunu keçirilib.

“Sərhədçi” və “Gəncə” komandaları üz-üzə gəliblər. Bakı İdman Sarayında reallaşan görüş bölgə təmsilçisinin 94:89 hesablı qələbəsi ilə yekunlaşıb.

Günün son matçında “Sabah” ilə “Neftçi” qarşılaşacaq. Eyni məkanda təşkil olunacaq oyunun start fiti saat 19:00-da səslənəcək.

Qeyd edək ki, daha əvvəl NTD və “Naxçıvan” komandaları adlarını növbəti raunda yazdırıblar.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR