Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında XVI turun oyunları keçirilib.
Fövqəladə Hallar Nazirliyinin idman zalında “Xilasedici” “Gənclər” komandasına 3:0 hesabı ilə qalib gəlib.
Digər görüşlərdə “Murov Az Terminal” MOİK-i 3:0, “Azərreyl” isə “Neftçi”ni 3:1 hesabı ilə üstələyib. Hər iki oyun Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində baş tutub.