Cüdoçular üçün yeni mərhələ başlayır - yeni liqa sistemi gənc istedadları üzə çıxaracaq
BOK
10.04.2025, 12:22
Azərbaycan Cüdo Federasiyası daxili yarış sisteminə yenilik gətirib. Belə ki, federasiyasının təşkilatçılığı ilə cüdo liqaları yaradılıb.
Üç yaş qrupu üzrə keçiriləcək yeni liqa sistemi U-14, U-17 və böyüklər yaş qruplarını əhatə edəcək. U-14 və U-17 kateqoriyalarında həm oğlan, həm də qız cüdoçular, böyüklər liqasında isə yalnız kişilər mübarizə aparacaqlar.
Yaradılan yeni liqa sistemi idmançıların reytinqinə birbaşa təsir edəcək. Bu model həm milli komandanın heyətinin seçilməsində, həm də bölgələr arasında rəqabətin artmasında mühüm rol oynayacaq.
Azərbaycan Cüdo Federasiyasının baş katibinin müavini və idman direktoru Kamran Talıbov yeni sistemlə bağlı keçirilən mətbuat konfransında danışarkən qeyd edib ki, liqaların əsas məqsədi bütün idmançılara bərabər imkanların yaradılması, daxili yarışlar arasında münasibətlərin birləşdirilməsi, idmançıların və məşqçilərin maddi olaraq dəstəklənməsi, eləcə də klubların infrastrukturunun yaxşılaşdırılmasıdır.
“Liqa yarışları açıq status daşıyacaq və və şərtlərə cavab verən bütün cüdoçular iştirak edə biləcək. Böyülər liqasında üç, U-14 və U-17 liqalarında isə dörd yarışın keçirilməsi nəzərdə tutulur. Cüdo liqaları milli komandalara seçim meyarlarından birini təşkil edəcək. Yığmaların heyəti yalnız Azərbaycan çempionatı və birincilikləri əsasında deyil, il boyu keçirilən bütün daxili yarışlarda, eləcə də liqalarda toplanacaq reytinq xalları əsasında müəyyən ediləcək. Bu, idmançıları ilboyu keçirilən daxili yarışlarda aktiv iştirak etməyə stimullaşdırmaqla bərabər, seçimin də daha obyektiv olmasını şərtləndirəcək. Bir sözlə, liqalarda toplanan xallar milli komandanın formalaşmasına təsir edəcək. Bununla yanaşı, həm məşqçilər, həm də klublar üçün ayrıca mükafat sistemi tətbiq olunacaq”, - deyə Kamran Talıbov bildirib.
Federasiya rəsmisi liqaların başlanma tarixi barədə də məlumat verib. Bildirilib ki, aprelin 19-20-də U-14, 21-22-də U-17, may ayında isə böyüklər arasında liqalara start veriləcək. Yarışlar Abşeron Olimpiya İdman Kompleksində keçiriləcək.
Kamran Talıbov vurğulayıb ki, bu sistem bölgələrdəki UGİM-lərin fəaliyyətini də stimullaşdıracaq. “Bakı və Sumqayıtdan sonra qərb, şimal-qərb və aran zonaları cüdonun inkişafında önə çıxan bölgələr kimi qiymətləndirilir. Bu, bölgələrdə cüdonun inkişafına da müsbət təsir göstərəcək. Qeyd edim ki, liqalarda iştirak etmək sərbəstdir, lakin yığmaya düşmək üçün keyfiyyət həlledici olacaq”, - deyə Kamran Talıbov bildirib.
Mətbuat konfransının sonunda jurnalistlərin sualları cavablandırılıb.
Azər Əlizadə
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
MOK-un vitse-prezidenti Çingiz Hüseynzadənin 75 yaşı tamam olur
21.07.2026, 18:14 Gündəm
-
Milli Paralimpiya Komitəsi və "Neftçi" İdman Klubunun rəhbərliyi əməkdaşlıq perspektivlərini müzakirə edib
21.07.2026, 18:03 Olimpiya dünyası
-
“Liv Bona Dea Arena”nın ot örtüyü yenilənir
21.07.2026, 17:42 Futbol
-
Millimizin oyunlarının təqvimi açıqlanıb
21.07.2026, 17:22 Futbol
-
"Şalke 04" mövsümə mənfi göstərici ilə başlaya bilər
21.07.2026, 15:46 Futbol
-
"Barselona"nın futbolçusu Madrid "Real"ının transfer siyahısında
21.07.2026, 15:36 Olimpizm xəbərləri
-
FIFA Paredes barədə yekun qərarını açıqladı
21.07.2026, 15:22 Futbol
-
Millinin qapıçısı “Zirə”yə keçib
21.07.2026, 15:13 Futbol
-
Zidan Fransa millisinin yeni baş məşqçisi təyin olundu
21.07.2026, 14:05 Futbol
-
Sofiyadan 4 medal
21.07.2026, 10:40 Su idman növləri
-
"Sabah" Çempionlar Liqasında növbəti oyununa çıxacaq
21.07.2026, 10:11 Futbol
-
Klublarımızın Konfrans Liqasındakı rəqibləri müəyyənləşdi
20.07.2026, 18:27 Gündəm
-
Qazaxda avarçəkmə tədbiri təşkil olunacaq
20.07.2026, 15:56 Su idman növləri
-
Qazaxda velosiped idmanı üzrə Federasiya Kuboku keçiriləcək
20.07.2026, 14:31 Velosiped
-
Hacı Əliyev: "Hər bir güləşçimizdən uğurlu nəticə gözləyirəm"
20.07.2026, 13:36 Müsahibə
-
İspaniyanın Kralı Əlahəzrət VI Felipeyə
20.07.2026, 13:26 Olimpizm xəbərləri
-
Bakıda Avropa Cüdo Ümidləri Turniri keçiriləcək
20.07.2026, 13:13 Cüdo
-
Sofiyadan 4 medal
20.07.2026, 12:56 Su idman növləri
-
Üzgüçülərimiz Gürcüstanda 25 medal qazanıblar
20.07.2026, 12:38 Su idman növləri
-
İdmançımız Minskdə bürünc mükafat qazanıb
20.07.2026, 12:22 Su idman növləri
-
Avarçəkənlərimiz Avropa çempionatında iştirak edəcəklər
20.07.2026, 12:11 Su idman növləri
-
Mbappa dünya çempionatlarının ən çox qol vuran oyunçusu oldu
20.07.2026, 08:56 Futbol
-
İspaniya millisinə dünya kuboku təqdim edildi
20.07.2026, 02:54 Gündəm
-
DÇ-2026-nın ən yaxşıları müəyyənləşib
20.07.2026, 02:48 Futbol
-
İspaniya millisi tarixində ikinci dəfə dünya çempionu oldu
20.07.2026, 02:10 Gündəm
-
“Mercedes”in italiyalı pilotu Belçika Qran-Prisinin qalibi oldu
20.07.2026, 00:20 Formula 1
-
Dünya çempionlarına xüsusi üzük veriləcək
17.07.2026, 11:29 Futbol
-
Azərbaycan Premyer Liqasında yeni mövsümün püşkatma mərasimi keçiriləcək
17.07.2026, 11:01 Futbol
-
Azərbaycanın UEFA reytinqindəki əmsalı artıb
17.07.2026, 10:12 Futbol
-
Avropa Liqası: "Qarabağ" növbəti mərhələdə
17.07.2026, 01:57 Gündəm
-
Güləşçimiz Macarıstanda da çempion oldu
17.07.2026, 00:05 Gündəm
-
Bakıda keçiriləcək U17 güləş üzrə dünya çempionatı: Azərbaycanın seçilməsinin başlıca səbəbləri
16.07.2026, 23:24 Olimpiya dünyası
-
"Judo Club 2012"nin cüdoçuları region birinciliyində uğurla çıxış ediblər
16.07.2026, 22:12 Cüdo
-
"Zirə" Konfrans Liqasının növbəti mərhələsində
16.07.2026, 21:56 Futbol