Fərid Mansurov: “Uğur bir günün işi deyil - böyük zəhmət və fədakarlıq tələb edir” - MÜSAHİBƏ
BOK
15.04.2025, 11:32
Azərbaycan idmanının canlı əfsanələrindən biri olan Fərid Mansurov öz parlaq karyerası ilə idman tariximizə adını əbədi olaraq qızıl hərflərlə yazdırıb. 2004-cü ildə Afinada keçirilən Olimpiya Oyunlarında qazandığı qızıl medal, onu yalnız Azərbaycan güləşinin deyil, ümumiyyətlə, dünya idmanının böyük simalarından birinə çevirdi. Fərid Mansurov idman karyerası boyunca böyük uğurlara imza atıb, beynəlxalq turnirlərdə çoxsaylı medallar qazanıb və güləş üzrə ən mötəbər yarışlarda Azərbaycanı qürurla təmsil edib. Bu uğurlar onun yalnız bir idmançı kimi deyil, həm də gənc idmançılar üçün örnək olan bir şəxsiyyətə çevrilməsinə səbəb olub. Bu gün Fərid Mansurova Milli Olimpiya Komitəsinin vitse-prezidenti kimi bir məsuliyyətli vəzifə həvale olunub. Bu vəzifə onun üçün təkcə şəxsi nailiyyət deyil, həm də ölkənin idman strategiyasının formalaşmasında məsuliyyətli bir mərhələnin başlanğıcıdır. “Olimpiya dünyası” qəzeti olaraq, Fərid Mansurovla maraqlı müsahibə hazırladıq. Həmin müsahibəni çoxsaylı oxucularımıza təqdim edirik.
- Fərid müəllim, Milli Olimpiya Komitəsinin vitse-prezidenti seçilmisiniz. Bu vəzifə böyük məsuliyyət tələb edir.
- Əlbəttə. Fürsətdən istifadə edərək, mənə göstərilən bu böyük etimada görə Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti cənab İlham Əliyevə dərin minnətdarlığımı bildirirəm. Bu vəzifə mənim üçün həm böyük şərəf, həm də məsuliyyət deməkdir. Olimpiya çempionu kimi məsuliyyətim indi daha da artıb. Bundan sonra da ölkənin idman siyasətində daha fəal olmalı, Azərbaycan idmanının beynəlxalq arenada mövqeyinin möhkəmlənməsinə daha çox töhfə verməliyik.
- Yeni vəzifəniz çərçivəsində ilk addım olaraq hansı məsələləri önə çəkirsiniz?
- Əsas məqsədimiz Olimpiya Hərəkatını daha da inkişaf etdirmək, Olimpiya dəyərlərinin qorunub saxlanması və yeni nəsillərə ötürülməsidir. Olimpiya idman növlərinə diqqət və dəstəyin artırılması bizim əsas istiqamətlərimizdəndir. Eyni zamanda, gənclərin idmana cəlb olunması, onların beynəlxalq arenaya çıxarılması da önəmli hədəflər sırasındadır.
- Sizcə, hazırda Azərbaycan idmanında hansı sahələr daha çox dəstəyə və planlı inkişafa ehtiyac duyur?
- Olimpiya idman növlərində kifayət qədər uğurlarımız var. Lakin komanda idman növlərində eyni uğuru müşahidə etmirik. Bu sahələrə xüsusi diqqət yetirmək lazımdır. Həmçinin bizim “dayaq idman növləri” - adlandırdığımız sahələr - güləş, cüdo, boks kimi ənənəvi idman növlərimizdə də sistemli və davamlı hazırlıq prosesi vacibdir.
- Olimpiya çempionu kimi idmançıların ehtiyacları ilə yaxından tanışsınız. Bu təcrübə fəaliyyətinizə necə təsir göstərəcək?
- Bu, çox vacib məqamdır. Biz veteran idmançılar olaraq, gənclərə yol göstərmək, onlara motivasiya vermək və düzgün istiqamət göstərməliyik. Hər zaman idmançılara deyirəm ki, dövlətimizin verdiyi mükafatlar bir avansdır. Onlardan ağılla istifadə olunmalıdır. Təəssüf ki, bəzi hallarda bu mükafatlar düzgün istiqamətdə sərf olunmur. Gənc idmançılar bu barədə xəbərdar edilməlidirlər. Bu səbəbdən də pandemiyadan əvvəl Olimpiya çempionları haqqında çəkilmiş filmlər bölgələrdə nümayiş etdirilir, yeniyetmə və gənclərlə görüşlər keçirilirdi. Həmin filmlərin qəhrəmanları olaraq bu görüşlərdə yeniyetmə və gənclərə, uşaqlığımızdan, idmanda ilk addımlarımızdan və nailiyyətlərimizdən danışırdıq. Yeni nəsil bilməlidir ki, uğur bir günün işi deyil - böyük zəhmət və fədakarlıq tələb edir.
- Bir qədər də Paris-2024-də güləşçilərimizin nəticələri barədə danışaq. Pəhləvanlarımız Atlanta-1996-dan bu yana ilk dəfə idi ki, Paris-2024-də final mərhələsinə vəsiqə qazana bilmədi. Sizcə, bunun səbəbi nə ilə əlaqədar idi?
- Düzdür, sizinlə razıyam. Amma bunu güləşçilərimizin uğursuzluğu kimi də adlandırmazdım. Fikrimcə, bu keçid dövrü ilə bağlı ola bilər. Zədələnmələr, bəxtsizliklər rol oynadı. Lakin Azərbaycan Güləş Federasiyası üzərinə düşəni etmişdi. Onlar üçün təlim-məşq toplanışları, yarışlarda iştirak, bütün şərait təmin olunmuşdu. Sadəcə, bəzi məqamlar istədiyimiz kimi getmədi. İdmanda belə hallar olur. Bəzən böyük uğurdan sonra bir qədər eniş yaşanır. Əsas odur ki, bu vəziyyətdən çıxaraq daha məğrur qayıdış edə biləsən.
- Fərid müəllim, müstəqil Azərbaycanın 9 Olimpiya çempionu var. Lakin ikiqat Olimpiya çempionumuz hələ ki, yoxdur. Sizcə, bunun səbəbləri nədir?
- Bu, çox incə və kompleks məsələdir. Məsələn, 2016-cı ildə Toğrul Əsgərovun ikinci dəfə Olimpiya çempionu olmaq şansı var idi. Mən özüm də ikinci olimpiadaya ciddi şəkildə hazırlaşmışdım, lakin xəstəlik səbəbindən yer tuta bilmədim. Sonra isə zədələndiyim üçün idman karyeramı gənc yaşda başa vurmaq məcburiyyətində qaldım. Digər Olimpiya çempionlarımız Namiq Abdullayev, Elnur Məmmədli, Şərif Şərifov və Radik İsayevin də belə bir şansı olub. Lakin alınmayıb. Əsas məsələ ondadır ki, bir dəfə uğur qazanmaq nə qədər çətindirsə, həmin uğuru qorumaq və təkrarlamaq bir o qədər də çətindir. Bu isə artıq yalnız idmançının fiziki hazırlığı ilə deyil, həm də onun psixoloji dayanıqlığı və ətraf mühiti ilə bağlıdır. İdmançının ətrafında peşəkar və düzgün istiqamət verən bir komanda olmalıdır ki, onu həm mənəvi, həm də texniki baxımdan dəstəkləsin. Bəzi idmançılar uğurdan sonra yanlış mühitə düşür və bu, onların gələcək karyerasına mənfi təsir edir. Düşünürəm ki, bəzi çempionlarımızın ikinci olimpiadaya tam hazırlıqlı gedə bilməməsində bu amillər mühüm rol oynayıb. Bu məsələyə gələcəkdə daha sistemli yanaşmaq lazımdır ki, yeni nəsil idmançılarımız təkcə uğur qazanmasın, həm də onu davam etdirə bilsinlər.
- Sizcə, Paris-2024 təcrübəsi gələcək olimpiadalara hazırlıq baxımından hansı məsələni üzə çıxardı?
- Bu təcrübə idmançıların yüksək səviyyəli yarışlara daha yaxşı hazırlanmaları, yeni metodların və yanaşmaların tətbiq edilməsi, həmçinin idmançı psixologiyasına daha çox diqqət yetirilməsi zərurətini ortaya qoydu. Artıq əsas diqqətləri qarşıdakı olimpiadaya, Los-Anceles-2028-ə yönəltmək lazımdır. Cənab Prezident də Paris-2024-də medal qazanan idmançıları qəbul edərkən çıxışında qeyd etdi ki, Los-Anceles-2028-ə hazırlıqlar indidən başlamalıdır. Bu dörd il ərzində yeni adlar üzə çıxa bilər, Paris-2024-də qalib olan və mükafat qazanan idmançılar isə bəzi səbəblərdən növbəti olimpiadada iştirak etməyə bilər. Psixoloji hazırlıq, taktiki çeviklik, sağlamlıq, düzgün qidalanma və ən əsası səbrli və planlı yanaşma önəmlidir. Hər bir idmançının yanında ona dəstək olacaq bir məşqçi, xüsusən də bir komanda olmalıdır.
- Kiristi Konventrinin ilk dəfə Beynəlxalq Olimpiya Komitəsinin qadın prezidenti seçilməsi ilə BOK yeni bir dövrə qədəm qoyur. Bu yeni dövrün Azərbaycanın Olimpiya Hərəkatına təsirini necə görürsünüz?
- Bu, həm Olimpiya Hərəkatı, həm də dünya idman ictimaiyyəti üçün mühüm və tarixi hadisədir. Kristi Konventrinin Beynəlxalq Olimpiya Komitəsinin ilk qadın prezidenti seçilməsi, idmanda gender bərabərliyinin və qadınların liderlik mövqelərinə çıxmasının gözəl nümunəsidir. Kristi Konventri ikiqat Olimpiya çempionudur, böyük idman təcrübəsi var. Onun rəhbərliyi ilə Olimpiya Hərəkatının daha da inkişaf edəcəyinə inanıram. Zimbabveli xanımın həm idmançı təcrübəsi, həm də təşkilati idarəetmə bacarığı BOK-un gələcək strategiyasına yeni dinamika qatacaq. Biz də Milli Olimpiya Komitəsi olaraq, bu hərəkatın bir parçası kimi, ölkə idmanının yüksəlişi üçün əlimizdən gələni əsirgəməyəcəyik. Azərbaycanın idman maraqlarını beynəlxalq platformalarda layiqincə təmsil etmək, ölkə idmanının inkişafı və Olimpiya Hərəkatına töhfə vermək istiqamətində fəaliyyətimizi daha da gücləndirəcəyik. Bu yeni mərhələdə beynəlxalq əməkdaşlıqların daha da dərinləşəcəyinə və Azərbaycan idmanının dünya miqyasında nüfuzunun daha da artacağına ümid edirəm.
- Sonda oxucularımıza nə demək istərdiniz?
- İdman sağlam həyat tərzinin əsas açarıdır. Gənclərimizə tövsiyəm budur ki, idmanı sevsinlər, əzmlə çalışsınlar, qarşılarına böyük hədəflər qoysunlar və heç vaxt ruhdan düşməsinlər. Bizim işimiz onlara yol göstərməkdir. Uğur isə onların öz əllərindədir.
Azər Əlizadə
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Horadizdə şəhid mayor Elnur Əliyevin xatirəsinə həsr olunan güləş turniri keçirilib
11.08.2026, 21:07 Olimpiya dünyası
-
Belçikalı ulduz futbolçu "Fənərbağça"da
11.08.2026, 13:43 Futbol
-
Çempionlar Liqası: "Sabah" Bakıda Danimarka klubu ilə qarşılaşacaq
11.08.2026, 10:27 Futbol
-
Atletimiz Azərbaycan rekordunu yeniləyib
11.08.2026, 10:13 Atletika
-
Bakıda BCF Akademiyasının cüdo məşqçiliyi üzrə sertifikat proqramına başlanılıb
10.08.2026, 20:46 Cüdo
-
"More than medals" layihəsinin yubileyi münasibətilə Bakıda beynəlxalq təlim-məşq toplanışı keçirilib
10.08.2026, 20:09 Güləş
-
Güləşçilərimiz Buxarestdə 5 medal qazanıblar
10.08.2026, 19:16 Güləş
-
Azərbaycan komandası U-19 Avropa çempionatında 13 boksçu ilə mübarizə aparacaq
10.08.2026, 17:18 Boks
-
"Zirvəni fəth et"
10.08.2026, 12:48 Olimpiya dünyası
-
Məktəbli boksçularımız fəxri kürsüdə
10.08.2026, 11:00 Boks
-
Cüdoçularımız Almatıda təlim-məşq toplanışında iştirak edirlər
10.08.2026, 10:14 Cüdo
-
Azərbaycan cüdoçuları Avropa Kubokunu 7 medalla başa vurdular
10.08.2026, 00:51 Cüdo
-
Klublararası ölkə çempionatı yekunlaşdı
10.08.2026, 00:11 Voleybol
-
Qızlardan ibarət basketbol millimiz Şimali Makedoniyaya qalib gəlib
07.08.2026, 14:39 Basketbol
-
Cüdoçularımız üçün dünya çempionatı öncəsi seminar keçirilib
07.08.2026, 13:36 Cüdo
-
"Tottenhem" Miki van de Venlə yeni müqavilə üzrə razılığa gəlib
07.08.2026, 13:17 Futbol
-
Lui van Qal xərçəngə qalib gəldi
07.08.2026, 12:45 Futbol
-
Bədii gimnastika üzrə 31-ci Azərbaycan çempionatı başa çatıb
07.08.2026, 12:23 Gimnastika
-
Azərbaycanlı tədqiqatçı Ankarada beynəlxalq elmi konqresdə məruzə ilə çıxış edib
07.08.2026, 12:05 Olimpiya dünyası
-
"Barselona"dan Rodri üçün transfer təklifi
07.08.2026, 11:53 Futbol
-
"Lids Yunayted" tarixinin ən bahalı transferini reallaşdırdı
07.08.2026, 10:38 Futbol
-
Paytaxtımız beynəlxalq badminton turnirinə ev sahibliyi edəcək
07.08.2026, 10:23 Gündəm
-
"Qarabağ" Kiyev səfərindən məğlubiyyətlə qayıdır
06.08.2026, 23:12 Futbol
-
"Kürü keçək?! 5" yarışında iştirakçı sayı 616 nəfərə çatdı
06.08.2026, 15:41 Su idman növləri
-
"Turan Tovuz" serbiyalı müdafiəçi Filip Damyanoviçi transfer edib
06.08.2026, 15:24 Olimpiya dünyası
-
"More Than Medals World" layihəsinə start verilib
06.08.2026, 12:54 Olimpizm xəbərləri
-
Olimpiya çempionunun atası vəfat edib
06.08.2026, 12:46 Cüdo
-
"Qarabağ" Konfrans Liqasında Danimarka klubu ilə qarşılaşacaq
06.08.2026, 12:25 Futbol
-
Cüdoçularımız dünya çempionatında iştirak edəcəklər
06.08.2026, 10:17 Cüdo
-
"Sabah" Danimarka səfərindən məğlubiyyətlə qayıdır
05.08.2026, 23:23 Futbol
-
FIFA U-15 və U-20 dünya çempionatlarına hazırlıq üzrə Təşkilat Komitəsinin iclası baş tutub
05.08.2026, 22:25 Gündəm
-
Qusarda güləşin dostluq körpüsü
04.08.2026, 12:22 Güləş
-
Çimərlik voleybolu üzrə Azərbaycan çempionatının püşkü atılıb
03.08.2026, 22:00 Voleybol
-
Olimpiya mükafatçımız Azərbaycan idmançılarının reytinq siyahısında liderliyini qoruyub
03.08.2026, 20:00 Olimpizm xəbərləri