Azərbaycan Basketbol Liqasında yarımfinal həyəcanı davam edir

Azərbaycan Basketbol Liqasında yarımfinal həyəcanı davam edir

Bu gün Azərbaycan Basketbol Liqasında yarımfinal mərhələsinin növbəti oyunu keçiriləcək. 
Mərhələnin ikinci oyun günündə “Neftçi” və “Abşeron” komandaları üz-üzə gələcək. Bakı İdman Sarayında keçiriləcək oyun saat 14:00-da başlayacaq. 

Qeyd edək ki, ötən gün təşkil olunan yarımfinal mərhələsinin ilk oyununda “Sabah” klubu "Şəki" üzərində 86:73 hesablı qələbə qazanıb.