Jan Zunqrana: "Yarışın coğrafiyasının genişlənməsi reqatanın beynəlxalq səviyyəyə yüksəldiyini göstər"
Olimpizm xəbərləri
30.04.2025, 17:08
"Suqovuşanda keçirilən “Prezident Kuboku-2025” beynəlxalq reqatası bu il daha geniş coğrafiyanı əhatə edib. Turnirdə Avropa ilə yanaşı, Asiya və Afrika qitələrini təmsil edən komandaların iştirakı yarışın beynəlxalq nüfuzunun ildən-ilə artdığını sübut edir". Bu sözləri bu gün Suqovuşanda start götürən "Prezident Kuboku-2025" beynəlxalq reqatasının açılış mərasimində jurnalistlərə müsahibəsində Avropa Kanoe Assosiasiyasının prezidenti Jan Zunqrana deyib. O, bu ilki reqatada ilk dəfə iştirak edən komandaların da yer aldığını vurğulayaraq, rəhbərlik etdiyi qurumun turnirə artan beynəlxalq marağı daim diqqətdə saxladığını qeyd edib. "Suqovuşana ilk səfərim iki il əvvəl baş tutsa da, bu dəfə gördüklərim məni daha da heyrətləndirdi. Yarışın coğrafiyasının genişlənməsi, iştirakçı ölkələrin artması reqatanın beynəlxalq səviyyəyə yüksəldiyini göstərir. Həm Füzulidə, həm Suqovuşanda, həm də Mingəçevirdə yaradılan infrastruktur məni həqiqətən də təəccübləndirdi. Artıq biz deyə bilərik ki, Azərbaycan avarçəkmə idman növünün vətəninə çevrilib”, deyə Jan Zunqrana vurğulayıb. O, həmçinin qeyd edib ki, gələcəkdə bu yarışlara marağın daha da artacağı gözlənilir və bu baxımdan Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının fəaliyyətini yüksək qiymətləndirib: “Çox şadam ki, gələcəkdə bu yarışlara maraq daha çox olacaq. Mən xüsusən bu istiqamətdə Azərbaycan Kaneo və Avarçəkmə Federasiyasının gördüyü işləri xüsusi olaraq qiymətləndirirəm”, - deyə Jan Zunqrana əlavə edib. Qeyd edək ki, "Prezident Kuboku-2025" reqatasına mayın 1-2-də Mingəçevir “Kür” Olimpiya Tədris-İdman Mərkəzində keçiriləcək yarışlarla yekun vurulacaq.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Azərbaycan İdman Akademiyası “UI GreenMetric 2026” reytinqində irəliləyib
Bugün, 14:51 Olimpiya dünyası
-
Fərid Qayıbov Fidel İlli və Leonard Lulay arasında əməkdaşlıqla bağlı fikir mübadiləsi aparılıb
Bugün, 14:15 Olimpiya dünyası
-
Məşqçilər üçün seminara yekun vurulub
Bugün, 11:53 Atletika
-
Şahmat hakimimiz FİDE-nin xüsusi mükafatına layiq görülüb
Bugün, 11:38 Şahmat
-
Yaponiyalı üzgüçü dünya rekordunu yeniləyib
Bugün, 11:10 Olimpizm xəbərləri
-
Çempionlar Liqası: "Birbaşa Bakı" və "Zirə" 1/8 finaldan mübarizəyə başlayır
Bugün, 10:52 Futbol
-
"Formula 1" üzrə Azərbaycan Qran-prisinin yubiley yarışında autizmli gənclər üçün Paddok turu keçirilib
Bugün, 10:45 Formula 1
-
Sumqayıt şəhər stadionunda rəhbər dəyişikliyi olub
Bugün, 10:38 Futbol
-
Azərbaycan şahmatçıları Olimpiadada Ermənistan və Çexiya ilə qarşılaşacaqlar
Bugün, 10:14 Şahmat
-
Formula 2: Sprint yarışında zəncirvari qəza
Bugün, 10:00 Formula 1
-
Formula 2-də sprint yarışının qalibi mükafatlandırılıb
Bugün, 09:55 Formula 1
-
Formula 2: İsveçli pilot sprint yarışının qalibi oldu
Bugün, 09:41 Formula 1
-
Bakıda Formula 1 Azərbaycan Qran-Prisinin ikinci gününə start verilir
Bugün, 08:00 Formula 1
-
Azərbaycan boksçusu Avropa çempionu olub
24.09.2026, 22:34 Boks
-
Türkdilli Ölkələrin Şahmat Assosiasiyasına üzv dövlətlər silsilə layihələrə start verir
24.09.2026, 19:28 Şahmat
-
Çimərlik güləşi üzrə millimiz Dünya Seriyasının final mərhələsində mübarizə aparacaq
24.09.2026, 17:48 Güləş
-
Boks millimiz Avropa çempionatında rekord nəticəyə imza atıb
24.09.2026, 15:07 Boks
-
Deflimpiyaçımızdan Avropa çempionatında tarixi nəticə
24.09.2026, 14:43 Güllə atıcılığı
-
Paracüdo üzrə millimiz dünya çempionatında mübarizə aparacaq
24.09.2026, 14:33 Cüdo
-
Azərbaycan və Gürcüstan arasında idman sahəsində əməkdaşlıq müzakirə olunub
24.09.2026, 14:00 Olimpiya dünyası
-
Bakıda Formula 1 trekində ilk dəfə kütləvi qaçış baş tutub
24.09.2026, 13:32 Formula 1
-
Azərbaycanla Şimali Makedoniya arasında idman sahəsində əməkdaşlığa dair Memorandum imzalanıb
24.09.2026, 13:10 Olimpiya dünyası
-
Azər Əsgərov usta cüdoçular arasında dünya çempionatında 12-ci medalını qazandı
24.09.2026, 10:02 Cüdo
-
Bu gün Formula 1 üzrə Azərbaycan Qran-Prisinə start verilir
24.09.2026, 08:41 Formula 1
-
Xüsusi Olimpiya Komitəsində məşqçilərlə görüş olub
23.09.2026, 15:41 Olimpiya dünyası
-
Futbola həsr olunan ömür
23.09.2026, 15:23 Olimpiya dünyası
-
Azərbaycan Qran-Prisi ərzində azarkeşlər üçün əyləncə proqramı hazırlanıb
23.09.2026, 13:33 Formula 1
-
"Neftçi" Avropa Kubokunda mübarizəyə başlayır
23.09.2026, 11:33 Basketbol
-
Şahmat millilərimiz bu gün olimpiadada növbəti görüşlərini keçirəcəklər
23.09.2026, 11:05 Şahmat
-
Millimiz Bakıda Tacikistan yığması ilə qarşılaşacaq
23.09.2026, 10:48 Futbol
-
Daha üç boksçumuz Avropa çempionatının yarımfinalına vəsiqə qazanıb
23.09.2026, 10:32 Boks
-
"Mingəçevir Reqatası" növbəti dəfə Köndələn su anbarında start götürəcək
23.09.2026, 10:09 Gündəm
-
Cüdoçularımız Sarayevoda beynəlxalq turnirdə iştirak edəcəklər
22.09.2026, 22:02 Cüdo
-
Veteran cüdoçularımızdan dünya çempionatında daha iki qızıl medal
22.09.2026, 21:42 Cüdo