Zülfüqar Süleymanov: “Qızıl medal qazanmaq və Avropa rekordunu yeniləmək həyatımın ən unudulmaz anlarından biridir”
BOK
07.05.2025, 22:31
“Avropa çempionatında qızıl medal qazanaraq bayrağımızı yüksəklərdə dalğalandırdığım üçün qürur duyuram”. Bu sözləri Albaniyanın Dürres şəhərində ustad ağırlıqqaldıranlar arasında Avropa çempionatında 67 kq çəki dərəcəsində M-40 kateqoriyasında qızıl medal qazanan Zülfüqar Süleymanov “Olimpnews.az”a yarışla bağlı təəssüratlarını bölüşərkən deyib. O, sonuncu dəfə 2013-cü ildə Albaniyanın Tirana şəhərində keçirilən Avropa çempionatında iştirak etdiyini xatırladaraq 12 il sonra yenidən həmin ölkədə körpücük üzərinə çıxdığını diqqətə çatdırıb. “Bu yarış mənim üçün unudulmaz anlarla yadda qaldı. Bilmirəm təsadüfdür ya necə, peşəkar karyeramın son yarışı da məhz Albaniyada olmuşdu. 12 ildən sonra yenidən bu ölkədə Azərbaycanı təmsil etmək imkanım yarandı. Mənim üçün önəmli olan məqamlardan biri də məhz bu idi ki, Vətənimə medalla qayıdım. Ustad ağırlıqqaldıranlar arasında keçirilən yarışda 67 kq çəki dərəcəsində fəxri kürsünün ən yüksək pilləsinə qalxdım. Qızıl medal qazanmaq, Azərbaycanın Dövlət Himnini səsləndirmək, üçrəngli bayrağımızı zirvələrə qaldırmaq və Avropa rekordunu yeniləmək həyatımın ən unudulmaz anlarından biridir. Hisslərimi sözlə ifadə etmək çətindir. Həqiqətən də qürurverici və möhtəşəm hisslər yaşadım. Uzun illərdir ki, bu rekord yenilənmirdi. Sevindirici haldır ki, rekordu məhz mən yenilədim. Yarışda ümumilikdə bütün kateqoriyalar üzrə min nəfərdən çox iştirakçı var idi. Bu da yarışın miqyasından xəbər verir”, - deyə Zülfüqar Süleymanov bildirib. Qeyd edək ki, ustad ağırlıqqaldıranlar arasında Avropa çempionatında Azərbaycan komandasının üzvlərindən Vaqif Müsadiq (81 kq, M-70), Zülfüqar Süleymanov (67 kq, (M-40) qızıl, Natiq Həsənov (96 kq, M-45) və Eldar Məmmədov (109 kq, M-45) isə gümüş medala layiq görülüb.
Azər Əlizadə
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Avarçəkənimiz Avropa çempionu olub
12.06.2026, 15:17 Su idman növləri
-
"Real" 32 saata Bernardo Silvanın transferini yekunlaşdırdı
12.06.2026, 13:52 Futbol
-
AOK-un 55-ci Baş Assambleyası öz işinə başlayıb
12.06.2026, 13:21 MOK
-
DÇ-2026 fərqli olacaq: 3 ev sahibi, 48 komanda, 104 oyun
12.06.2026, 12:58 Gündəm
-
Rövşən Nəcəf Dünya Korporativ Oyunlarının qalibi olan komanda ilə görüşüb
12.06.2026, 11:45 Olimpiya dünyası
-
Sumqayıtda 3x3 basketbol üzrə beynəlxalq turnir keçiriləcək
12.06.2026, 11:04 Basketbol
-
Kişi voleybolçulardan ibarət millimiz Avropa Liqasında növbəti oyununu keçirəcək
12.06.2026, 10:52 Voleybol
-
Dünya Kuboku: Cənubi Koreyadan əzmkar qələbə
12.06.2026, 09:33 Futbol
-
Stolüstü tennis üzrə Liqa turniri başa çatıb
12.06.2026, 08:55 Tennis
-
Meksika Dünya Kubokunun açılış oyununda qalib gəldi
12.06.2026, 01:22 Futbol
-
Mourinyo yenidən "Real"da
12.06.2026, 00:09 Futbol
-
Dünya çempionatının açılış mərasimi keçirilib
11.06.2026, 22:58 Gündəm
-
Basketbol millimiz dünya reytinqində ilk pilləyə yüksəlib
11.06.2026, 22:14 Basketbol
-
Məktəblilərin Respublika İdman Olimpiadasına start verilir
11.06.2026, 14:40 Olimpiya dünyası
-
Sevdiyim komanda mənə əzizdir, futbol isə ondan da əzizdir
11.06.2026, 09:59 Gündəm
-
Azərbaycan boks tarixində ilk
09.06.2026, 17:35 Gündəm
-
MOK və ”Visa” arasında tərəfdaşlıq müqaviləsi yenilənib
09.06.2026, 12:49 MOK
-
"Judo Club 2012" klubunda ümumrespublika seminarı keçirilib
09.06.2026, 11:51 Olimpiya dünyası
-
Millimiz bu gün San Marino yığması ilə qarşılaşacaq
09.06.2026, 10:26 Futbol
-
Olimpiya mükafatçımız U-17 millisinin böyük məşqçisi təyin edildi
08.06.2026, 22:14 Son xəbər
-
AMADA-nın Müşahidə Şurasının növbəti iclası keçirilib
08.06.2026, 19:51 AMADA
-
MPK-nın nümayəndə heyəti Avropa Paralimpiya Komitəsinin forumunda iştirak edib
08.06.2026, 19:16 Olimpiya dünyası
-
Azərbaycan və Serbiya idman sahəsində əməkdaşlığı genişləndirəcək
08.06.2026, 18:59 Olimpiya dünyası
-
Qəhrəmanlıq tariximizə şərəf qatanlar
08.06.2026, 18:05 Olimpiya dünyası
-
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının təşkilatçılığı ilə minifutbol turnirinə start verilib
08.06.2026, 16:25 Futbol
-
Azərbaycanın kişi tennisçilərdən ibarət yığması “Davis Cup”da iştirak edəcək
08.06.2026, 15:55 Tennis
-
Azərbaycan kanoeçisi Avropa çempionatında mübarizə aparacaq
08.06.2026, 15:37 Olimpizm xəbərləri
-
Azərbaycan gimnastları Dünya Kuboku və AGF Trophy yarışlarında üç qızıl medal qazandılar
08.06.2026, 15:21 Gimnastika
-
Millimizin baş məşqçisi Vyetnamda təlim keçib
08.06.2026, 13:25 Güləş
-
Məşqçilər üçün seminar təşkil edilib
08.06.2026, 12:32 Taekvondo
-
Azərbaycan Kubokunun qalibləri müəyyənləşib
08.06.2026, 11:49 Güllə atıcılığı
-
Helsinborqda bürünc medal
08.06.2026, 11:40 Tennis
-
Şahmatçımızdan uğurlu başlanğıc
08.06.2026, 10:47 Olimpizm xəbərləri
-
Bakıda keçirilən beynəlxalq tennis turniri başa çatıb
08.06.2026, 10:10 Tennis