AOK Avropa Gənclər Yay Olimpiya Festivalının təşkilatçı şəhəri ilə müqavilə imzaladı
BOK
15.05.2025, 12:14
Avropa Olimpiya Komitələri (AOK) 2027-ci ildə İtaliyanın Linyano Sabbiadoro şəhərində keçiriləcək Avropa Gənclər Yay Olimpiya Festivalının (EYOF) təşkilatçı şəhəri ilə müqavilə imzalayıb. Olimpnews.az xəbər verir ki, müqaviləni AOK prezidenti Spiros Kapralos, AOK baş katibi Karlo Mornati, İtaliya Milli Olimpiya Komitəsinin (CONI) prezidenti Giovanni Malaqo, Friuli-Venezia Regional Hökumətinin başçısı Julia Massimiliano Fedriqa, Linyano Sabbiadoro Bələdiyyə başçısı Laura Giorgi və yerli Təşkilat Komitəsinin icraçı prezidenti Giorgio Brandolin imzalayıblar. Təşkilatçı şəhərlə müqavilənin imzalanmasının əsas məqsədi 2027-ci ildə təşkil olunacaq EYOF-a uğurla hazırlaşmaqdır. Tədbirdə çıxış edən AOK prezidenti Spiros Kapralos Avropa Gənclər Yay Olimpiya Festivalının ev sahibliyinin yenidən Linyano Sabbiadoroya qayıtmasından məmnun olduğunu bildirib: “Təşkilatçı şəhərlə müqavilə imzalamaq ümumi ambisiyalarımızın ifadəsidir. Olimpizmin gücünə və gənclərin idmanla ilhamlanmasının vacibliyinə inanan tərəfdaşlar tapdığımıza görə sevinirəm”. Friuli-Venezia Regional Hökumətinin prezidenti Julia Massimiliano Fedriqa isə çıxışında 22 ildən sonra Linyanoda yenidən EYOF yarışlarını qəbul edəcəkləri üçün məmnunluğunu ifadə edib. İtaliya Milli Olimpiya Komitəsinin prezidenti Giovanni Malaqo mərasimdə çıxış edərək AOK, Friuli Venezia Giulia regional Hökumətinə, Linyano Sabbiadoro bələdiyyə başçısına və Təşkilat Komitəsinə tədbirin hazırlığına verdiyi dəstəyə görə minnətdarlığını bildirib. O, yenidən Avropanı İtaliyada qarşılamağı səbirsizliklə gözlədiyini vurğulayıb. Linyano Sabbiadoro bələdiyyə başçısı Laura Georgi isə bildirib ki, bu hadisə təkcə idman baxımından deyil, həm də emosional təsiri baxımından unikal olacaq. Yerli Təşkilat Komitəsinin icraçı prezidenti Giorgio Brandolin də çıxışında Linyano, Friuli-Venezia Giulia bölgəsindəki tərəfdaşlarla ən yaxşı tədbiri keçirmək üçün AOK ilə sıx əməkdaşlıq etməkdən məmnunluğunu bildirib. Qeyd edək ki, Linyano-Sabbiadoro iki dəfə Avropa Gənclər Yay Olimpiya Festivalına ev sahibliyi edən ilk ölkə olacaq. Bu şəhər daha əvvəl 2005-ci ildə də EYOF yarışlarına uğurla ev sahibliyi etməklə yadda qalmışdı.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Pəhləvanlarımız Vladiqafqazdan 8 medalla Vətənə qayıdıblar
Bugün, 16:05 Güləş
-
Üzgüçülük üzrə "İpək Yolu" Dünya Kubokunun "Bakı 2026" mərhələsinə biletlər satışda
Bugün, 15:53 Su idman növləri
-
Fərid Qayıbov Pakistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfirini qəbuul edib
Bugün, 15:42 Olimpiya dünyası
-
Nicat Abbasov: Olimpiadada uğurlu çıxış üçün bəxt amili də vacibdi - MÜSAHİBƏ
Bugün, 15:28 Müsahibə
-
Cüdo millimiz Bakıda beynəlxalq təlim-məşq toplanışında iştirak edir
Bugün, 15:02 Cüdo
-
Avropa çempionatında uğurla çıxış edən cüdoçularımız Vətənə qayıdıblar
Bugün, 14:55 Cüdo
-
Millimiz U-23 dünya çempionatına Bakıda hazırlaşır
Bugün, 14:39 Güləş
-
Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatına həsr olunan fan zona yaradılıb
Bugün, 14:20 Cüdo
-
Kamandan oxatma üzrə Bakı şəhər çempionatı keçiriləcək
Bugün, 13:16 Olimpiya dünyası
-
Azərbaycanı Avropa çempionatında iki paraüzgüçü təmsil edəcək
Bugün, 12:01 Su idman növləri
-
Fiqurlu konkisürənimiz beynəlxalq turnirdə 6-cı yeri tutub
Bugün, 10:02 Olimpiya dünyası
-
Azərbaycan xizəkçisi FIS Kontinental Kubokuna vəsiqə qazanıb
Bugün, 01:12 Olimpiya dünyası
-
Cüdoçularımız Avropa birinciliyini 5 medalla başa vurdular
Bugün, 00:28 Cüdo
-
İsveçrədə uğurlu nəticə
Bugün, 00:03 Taekvondo
-
Paytaxtımız daha bir mötəbər yarışa ev sahibliyi etdi
06.09.2026, 12:14 Olimpiya dünyası
-
Dünya Kubokunun Yerli Təşkilat Komitəsinin növbəti iclası keçirilib
03.09.2026, 20:30 Su idman növləri
-
Avarçəkmə və kanoe üzrə Azərbaycan çempionatına yekun vurulub
03.09.2026, 13:09 Su idman növləri
-
Azərbaycanın ilk qadın idman ustası, Əməkdar artist, diktor Züleyxa Hacıyeva vəfat edib
03.09.2026, 12:22 Olimpiya dünyası
-
Faiq Qarayevə Türkiyə Voleybol Federasiyası tərəfindən mükafat verilib
02.09.2026, 22:10 Voleybol
-
Nazir ötən ay beynəlxalq yarışlarda uğur qazanan idmançılarla görüşüb
02.09.2026, 22:05 Olimpiya dünyası
-
Azərbaycanın çimərlik futbolu millisi dünya reytinqində irəliləyib
02.09.2026, 15:25 Futbol
-
Milli Paralimpiya Komitəsi paraatletika üzrə Açıq Qapı Günü keçirəcək
02.09.2026, 14:16 Olimpiya dünyası
-
Azərbaycanın atletika məşqçiləri üçün seminar keçirilib
02.09.2026, 13:29 Atletika
-
Ağırlıqqaldıranımız antidopinq qaydalarını pozduğu üçün cəzalandırılıb
02.09.2026, 12:46 AMADA
-
Avarçəkmə və kanoe üzrə Azərbaycan çempionatında ilk günün qalibləri müəyyənləşib
02.09.2026, 10:10 Su idman növləri
-
Millimizin üzvü karyerasını başa vurdu
01.09.2026, 23:50 Voleybol
-
Millimiz Avropa çempionatında mübarizəni dayandırdı
01.09.2026, 23:30 Voleybol
-
AAF Prezidenti Kamran Nəbizadə Avropa birinciliyində 15 medal qazanmış komanda üzvləri ilə görüşüb
01.09.2026, 16:10 Ağırlıqqaldırma
-
Azərbaycan Premyer Liqasında son 10 mövsümün antirekordu
01.09.2026, 11:55 Futbol
-
Mudrik "Tottenhem"də
01.09.2026, 11:45 Futbol
-
İdmançımız 2 il müddətinə diskvalifikasiya edilib
01.09.2026, 11:36 AMADA
-
Robert Sançes İtaliyaya yollanır
01.09.2026, 10:46 Futbol
-
Voleybol millimiz AVRO-2026-da 1/8 final oyununa çıxır
01.09.2026, 10:00 Voleybol
-
"Barselona" La Liqada yeniden liderliyə yüksəldi
01.09.2026, 02:07 Futbol