Zelim Kotsoyev dünya çempionatında komandamıza növbəti bürünc medalı qazandırdı
BOK
18.06.2025, 21:11
Azərbaycan millisi Macarıstanın paytaxtı Budapeştdə keçirilən cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb. Olimpnews.az xəbər verir ki, bu gün mübarizəyə başlayan Avropa, dünya və Olimpiya çempionumuz çıxışını bürünc medalla başa vurub. -100 kq çəki dərəcəsində qüvvəsini sınayan titullu idmançımız mübarizəyə 1/16 final mərhələsindən başlayıb. İlk görüşdə italiyalı Cennaro Pirelliyə qalib gələn Zelim növbəti mərhələdə qazaxıstanlı Marat Baykamurovdan üstün olub. Lakin 1/4 finalda Beynəlxalq Cüdo Federasiyasının (İJF) bayrağı altında çıxış edən Arman Adamyana məğlub olan cüdoçumuz təsəlliverici mərhələdə çıxışını davam etdirib. Zelim Kotsoyev bürünc medal uğrunda təsəlliverici mərhələnin ilk qarşılaşmasında ikiqat dünya çempionu, gürcü əsilli ispaniyalı cüdoçu Nikolos Şerazadişviliyə qalib gəlib. Həlledici qarşılaşmada isə Cənubi Koreya idmançısı Seheon Kimdən üstün olan titullu cüdoçumuz dünya çempionatının bürünc medalına layiq görülüb. Bu, Zelim Kotsoyevin dünya çempionatları tarixində ardıcıl qazandığı dördüncü medalı olub. Belə ki, 2022-ci ildə Daşkənddə, 2023-cü ildə isə Dohada bürünc medal qazanan Zelim ötən il Əbu Dabidə keçirilən dünya çempionatında qızıl medala layiq görülüb. Qeyd edək ki, Zelim Kotsoyevin qazandığı bu medal Azərbaycan millisinin turnirdə əldə etdiyi üçüncü bürünc medalıdır. Daha əvvəl Zelim Tçkayev (-81 kq) və Elcan Hacıyev (-90 kq) fəxri kürsüyə qalxıblar.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Çimərlik voleybolçularımız mükafatçılar sırasında
Bugün, 01:30 Voleybol
-
Sərbəst güləş millimiz rekorda imza atdı
Bugün, 00:53 Gündəm
-
Beynəlxalq turnirin finalçıları ilə görüş olub
12.07.2026, 19:04 Olimpiya dünyası
-
Olimpiya mükafatçısı Milli Gimnastika Arenasında ustad dərsi keçib
12.07.2026, 18:39 Gimnastika
-
Ruslan Lunyov Avropa Kubokunda qızıl medal qazanıb
12.07.2026, 10:16 Güllə atıcılığı
-
Gimnastlarımız Portuqaliyada beynəlxalq turniri 12 medalla başa vurublar
12.07.2026, 09:53 Gimnastika
-
DÇ-2026-nın yarımfinal cutləri müəyyənləşib
12.07.2026, 09:33 Futbol
-
DÇ-2026: Argentina millisi yarımfinala vəsiqə qazandı
12.07.2026, 08:08 Futbol
-
Dünya çempionatı: İngiltərə millisi yarımfinalda
12.07.2026, 04:00 Futbol
-
Güləşçimiz Avropa çempionu oldu
12.07.2026, 00:48 Güləş
-
Azərbaycan millisi Xüsusi Olimpiya Birləşmiş Dünya Kubokunun qalibi olub
10.07.2026, 16:09 Son xəbər
-
Azərbaycan klublarının Avropa Liqasında 300-cü qolu
10.07.2026, 15:45 Futbol
-
Yeni baş məşqçinin köməkçiləri müəyyənləşib
10.07.2026, 15:18 Futbol
-
Dünya çempionatında 1/4 final mərhələsinin ikinci oyunu keçiriləcək
10.07.2026, 14:47 Futbol
-
Musa Quelini "Şəfa"da
10.07.2026, 14:14 Futbol
-
Boksçularımız beynəlxalq turnirdə
10.07.2026, 13:40 Boks
-
“Gəncə”nin üç voleybolçusu milli komandalara dəvət alıb
10.07.2026, 13:22 Voleybol
-
"Seltik"də çıxış edəcəyim üçün çox xoşbəxtəm
10.07.2026, 12:54 Futbol
-
Modriç Xorvatiya millisindəki karyerasını başa vurmaq niyyətində deyil
10.07.2026, 12:18 Futbol
-
Azərbaycan UEFA reytinqində bu həftə ən çox əmsal toplayan 2 ölkədən biridir
10.07.2026, 11:48 Futbol
-
"Neftçi" bu gün növbəti yoxlama oyununu keçirəcək
10.07.2026, 10:32 Futbol
-
Fransa millisi dünya çempionatında ilk yarımfinalçı olub
10.07.2026, 03:40 Futbol
-
AMADA "Antidopinq sahəsində sertifikatlı təlimçilərin hazırlanması" proqramına start verib
09.07.2026, 14:48 AMADA
-
Azərbaycanı beynəlxalq reqatada 12 idmançı ilə təmsil olunacaq
09.07.2026, 14:28 Olimpizm xəbərləri
-
Azərbaycanın 3x3 basketbol millisinin Avropa Kubokundakı rəqibləri müəyyənləşib
07.07.2026, 22:42 Basketbol
-
DÇ-2026: Argentina əzmkar qələbə ilə 1/4 finalda
07.07.2026, 22:10 Futbol
-
Çempionlar Liqası: “Sabah” Bakıda UELS təmsilçisinə qalib gəldi
07.07.2026, 21:00 Futbol
-
BOK Rusiya Olimpiya Komitəsi ilə bağlı qərarını yumşaldıb
07.07.2026, 20:37 Olimpizm xəbərləri
-
AMADA və Qış İdman Növləri Federasiyası dopinq əleyhinə onlayn təlim təşkil edib
07.07.2026, 19:46 AMADA
-
"Xüsusi olimpiya birləşmiş futbol dünya kuboku"nun açılış mərasimi keçirilib
07.07.2026, 13:51 Olimpiya dünyası
-
Qubada yenilənmiş güləş zalı istifadəyə verilib
07.07.2026, 13:48 Güləş
-
Avropa çempionatının kubokunun Bakıda təqdimat mərasimi keçirilib
07.07.2026, 13:18 Gündəm
-
DÇ-2026: İspaniya millisi don dəqiqələrdə 1/4 finala vəsiqə qazandı
07.07.2026, 01:05 Futbol
-
Cəmil Əliyevə növbəti sertifikat təqdim olunub
06.07.2026, 17:41 Su idman növləri