Təşkilat Komitəsi Ər-Riyadın ən əsas idman mərkəzlərini seçib
Olimpizm xəbərləri
04.11.2025, 15:35
VI İslam Həmrəyliyi Oyunları çərçivəsində idman yarışları üçün yerli Təşkilat Komitəsi paytaxt Ər-Riyadın ən əsas idman mərkəzlərini seçib. Belə ki, Bulvar şəhər ərazisində Səudiyyə Ərəbistanı Milli Olimpiya Komitəsinin “Green Hall” kompleksində, Səudiyyə Atçılıq Mərkəzində, Şahzadə Faysal Bin Fəhd şəhər stadionunda və Şahzadə Faysal Bin Fəhd “Malaz Hall”da təşkil olunacaq. Oyunlar ərzində 9 idman növü (qılıncoynatma, cüdo, ciu-citsu, karate, muay tay, stolüstü tennis, taekvondo, ağırlıqqaldırma, uşu) üzrə yarışlar Bulvar şəhərin birinci hissəsində təşkil olunacaq. E-Sport yarışları Bulvar şəhər 2, atletika yarışları Bulvar şəhər 3, 3x3 basketbol yarışları isə Bulvar şəhər 4-də öz tamaşaçılarını bir araya toplayacaq. Səudiyyə Ərəbistanı Milli Olimpiya Komitəsinin “Green Hall” kompleksinin birinci hissəsində futzal və həndbol yarışlarını 3 min tamaşaçı izləyəcək. “Green Hall”ın daxilində üzgüçülük üzrə yarışlarda təşkil olunacaq. Səudiyyə Atçılıq Mərkəzində adından göründüyü kimi, atçılıq üzrə yarışlar keçiriləcək ki, bu yarış həyəcanını da 1200-dən artıq tamaşaçı açıq havada izləyə biləcək. Şahzadə Faysal Bin Fəhd şəhər stadionu açılış və bağlanış mərasimlərindən əlavə əsas atletika yarışlarına ev sahibliyi edəcək. Təşkilat Komitəsinin proqnozlarına görə, həmin yarışlarda 22 min 188 tamaşaçı bir araya gələcək. Şahzadə Faysal Bin Fəhdin adını daşıyan “Malaz Hall”da isə əsas diqqətlər voleybol və güləş yarışlarına yönələcək. Bulvar şəhər ərazi əvvəllər Riyad Şəhər Bulvarı kimi adlandırılırdı. Şəhərin Hiddin məhəlləsindəki Şahzadə Turki Əl-Əvvəl yolunda 220 akr (89 ha) ərazidə yerləşən yüksək səviyyəli pərakəndə satış və əyləncə mərkəzlərini özündə birləşdirən bir ərazidir. 2019-cu ildə istifadəyə verilən bu ərazi əsasən illik əyləncə festivalı zamanı fəaliyyət göstərir. Doqquz alt zonaya bölünən ərazidə əyləncə və idman mərkəzləri yer alıb. Layihəyə ölkənin baş Əyləncə İdarəsi nəzarət edir. 2019-cu ilin oktyabr ayının sonlarında təntənəli açılış mərasimi olan Bulvarda “planetin ən xosbəxt beş kilometrliyi” adlı əyləncəli qaçış yarışı keçirilib. Həmin ilin noyabr ayında Səudiyyə Ərəbistanı həmin ərazidə Anime sərgisi təşkil edib. Bulvar ərazisindəki Məhəmməd Abdo Arenasında 2020-ci ildə WWE Super Showdown peşəkar reslinq yarışı keçirilib. Covid-19 Koronavirus pandemiyası dövründə təxminən 2 ildən artıq həmin Bulvar şəhər ərazisi ictimaiyyət üçün bağlı olub. Ümumilikdə oyunlara qədər həmin ərazidə turistlərin və yerli sakinlərin sıx hərəkəti müşahidə olunurdu. “Green Halls” “Green Halls” Ər-Riyadın mərkəzində geniş əyləncə və mədəni tədbirlər üçün nəzərdə tutulan unikal bir məkandır. Yerli mənbələrdən verilən məlumata görə, bu qurğu 2014-cü ildə inşa olunub. Məkanın həm daxili, həm də xarici rahatlıq, zəriflik atmosferi yaradan cəlbedici memarlığı və müasir dizaynı ilə məşhurdur. “Green Halls” 11 il ərzində dünya səviyyəli konsertlərə, teatr tamaşalarına, idman tədbirlərinə və digər müxtəlif şoulara ev sahibliyi edib. VI İslam Həmrəyliyi Oyunları zamanı bu arena iki hissəyə bölünəcək. Birinci hissədə Oyunların iştirakçıları futzal və həndol üzrə yarışları izləyəcəklər. İkinci hissədə isə üzgüçülük yarışlarında qaliblər müəyyənləşəcək. Ər-Riyad Atçılıq Mərkəzi Səudiyyə Ərəbistanı VI İslam Həmrəyliyi Oyunları zamanı atçılıq yarışları üçün xüsusi məkan seçiblər. Atçılıq Mərkəzini kral Abdul Abdul Əzizin adını daşıyan ən böyük cıdır hissəsi 2003-cü ildə inşa olunub. Həmin vaxtdan etibarən müxtəlif atçılıq yarışları məhz bu qurğuda təşkil edilib. Beynəlxalq Atçılıq Federasiyası da bu məkanı beynəlxalq miqyaslı yarışlar üçün məqsədəuyğun hesab edib. Məlumat üçün bildirək ki, 2020-ci il may ayının 6-da Mərkəzdə yeni dəyişikliklər olmuş, müasir standartlara uyğun infrastruktur layihəsi həyata keçirilib. Şahzadə Faysal bin Fahd İdman Şəhər Stadionu Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində yerləşən çoxməqsədli stadiondur. Hazırda Şahzadə Faysal bin Fahd İdman Şəhər Stadionunda futbol matçları keçirilir. Ölkənin “Əl-Hilal”, “Əl-Nəsr” və “Əl-Şəbab” klubları ev matçlarını doğma stadionları olmadığı dövrdə bu stadionda keçirirdilər. Tarixə nəzər salsaq, 1969-ci ildə inşasına başlanan bu idman qurğusunun açılış mərasimi 1971-ci ilə təsadüf edib. Bir il sonra Ərəbistan Körfəzi Kubokunun açılış mərasimi bu stadionda keçirilib. 2011-2012-ci illərdə Krallıqda Səudiyyə Futbol Liqası üçün elektron bilet sistemindən istifadə edən ilk stadionlardan biri hesab olunur. VI İslam Həmrəyliyi Oyunları zamanı açılış və bağlanış mərasimləri, eləcə də atetika yarışları bu məkanda tamaşaçıları bir araya toplayacaq. Bu arena 2034-cü ildə futbol üzrə dünya çempionatının keçiriləcəyi məkanlardan biridir. Geniş təmirdən sonra Arena 46.865 nəfərlik azarkeş tutuma malikdir. Buna qədər 2027-ci ildə futbol üzrə Asiya Kubokunun oyunları da bu məkanda təşkil ediləcək. Yayılan məlumata görə Səudiyyə Ərəbistanı hökuməti bütün dünyanı heyrətləndirmək üçün Arenanı söküb, yeni bir layihəni həyata keçirmək niyyətindədir. “Malaz Hall” Şahzadə Faysal bin Fahd İdman Şəhər Stadionu yaxınlığında yerləşən “Malaz Hall” arenası VI İslam Həmrəyliyi Oyunları üçün nəzərdə tutalan qurğulardan biridir. Əl-Malaz məhəlləsində yerləşən bu kompleksin daxilində idman zalları və stadion yerləşir. Təxminən 900-dən artıq tamaşçı tutumuna malik olan “Malaz Hall” Oyunlar zamanı voleybol və güləş yarışlarının keçirildiyi məkana çevriləcək.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Avarçəkənimiz Avropa çempionu olub
12.06.2026, 15:17 Su idman növləri
-
"Real" 32 saata Bernardo Silvanın transferini yekunlaşdırdı
12.06.2026, 13:52 Futbol
-
AOK-un 55-ci Baş Assambleyası öz işinə başlayıb
12.06.2026, 13:21 MOK
-
DÇ-2026 fərqli olacaq: 3 ev sahibi, 48 komanda, 104 oyun
12.06.2026, 12:58 Gündəm
-
Rövşən Nəcəf Dünya Korporativ Oyunlarının qalibi olan komanda ilə görüşüb
12.06.2026, 11:45 Olimpiya dünyası
-
Sumqayıtda 3x3 basketbol üzrə beynəlxalq turnir keçiriləcək
12.06.2026, 11:04 Basketbol
-
Kişi voleybolçulardan ibarət millimiz Avropa Liqasında növbəti oyununu keçirəcək
12.06.2026, 10:52 Voleybol
-
Dünya Kuboku: Cənubi Koreyadan əzmkar qələbə
12.06.2026, 09:33 Futbol
-
Stolüstü tennis üzrə Liqa turniri başa çatıb
12.06.2026, 08:55 Tennis
-
Meksika Dünya Kubokunun açılış oyununda qalib gəldi
12.06.2026, 01:22 Futbol
-
Mourinyo yenidən "Real"da
12.06.2026, 00:09 Futbol
-
Dünya çempionatının açılış mərasimi keçirilib
11.06.2026, 22:58 Gündəm
-
Basketbol millimiz dünya reytinqində ilk pilləyə yüksəlib
11.06.2026, 22:14 Basketbol
-
Məktəblilərin Respublika İdman Olimpiadasına start verilir
11.06.2026, 14:40 Olimpiya dünyası
-
Sevdiyim komanda mənə əzizdir, futbol isə ondan da əzizdir
11.06.2026, 09:59 Gündəm
-
Azərbaycan boks tarixində ilk
09.06.2026, 17:35 Gündəm
-
MOK və ”Visa” arasında tərəfdaşlıq müqaviləsi yenilənib
09.06.2026, 12:49 MOK
-
"Judo Club 2012" klubunda ümumrespublika seminarı keçirilib
09.06.2026, 11:51 Olimpiya dünyası
-
Millimiz bu gün San Marino yığması ilə qarşılaşacaq
09.06.2026, 10:26 Futbol
-
Olimpiya mükafatçımız U-17 millisinin böyük məşqçisi təyin edildi
08.06.2026, 22:14 Son xəbər
-
AMADA-nın Müşahidə Şurasının növbəti iclası keçirilib
08.06.2026, 19:51 AMADA
-
MPK-nın nümayəndə heyəti Avropa Paralimpiya Komitəsinin forumunda iştirak edib
08.06.2026, 19:16 Olimpiya dünyası
-
Azərbaycan və Serbiya idman sahəsində əməkdaşlığı genişləndirəcək
08.06.2026, 18:59 Olimpiya dünyası
-
Qəhrəmanlıq tariximizə şərəf qatanlar
08.06.2026, 18:05 Olimpiya dünyası
-
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının təşkilatçılığı ilə minifutbol turnirinə start verilib
08.06.2026, 16:25 Futbol
-
Azərbaycanın kişi tennisçilərdən ibarət yığması “Davis Cup”da iştirak edəcək
08.06.2026, 15:55 Tennis
-
Azərbaycan kanoeçisi Avropa çempionatında mübarizə aparacaq
08.06.2026, 15:37 Olimpizm xəbərləri
-
Azərbaycan gimnastları Dünya Kuboku və AGF Trophy yarışlarında üç qızıl medal qazandılar
08.06.2026, 15:21 Gimnastika
-
Millimizin baş məşqçisi Vyetnamda təlim keçib
08.06.2026, 13:25 Güləş
-
Məşqçilər üçün seminar təşkil edilib
08.06.2026, 12:32 Taekvondo
-
Azərbaycan Kubokunun qalibləri müəyyənləşib
08.06.2026, 11:49 Güllə atıcılığı
-
Helsinborqda bürünc medal
08.06.2026, 11:40 Tennis
-
Şahmatçımızdan uğurlu başlanğıc
08.06.2026, 10:47 Olimpizm xəbərləri
-
Bakıda keçirilən beynəlxalq tennis turniri başa çatıb
08.06.2026, 10:10 Tennis