Milano-Kortina 2026-nın məşəl estafeti qədim Olimpiyadan başladı
Olimpizm xəbərləri
28.11.2025, 13:40
Gələn il fevralın 6-dan 22-dək İtaliyada təşkil olunacaq Milano-Kortina 2026 Qış Olimpiya Oyunlarının məşəli alovlandırılıb. Olimpnews.az xəbər veriri ki, noyabrın 26-da keçirilən mərasim əlverişsiz hava şəraitinə görə Olimpiya stadionunda deyil, Olimpiya Arxeologiya Muzeyində təşkil olunub. Kahinlər tərəfindən Apollona edilən dualardan sonra alov xüsusi qorunmuş məşq məşəlindən götürülərək ilk məşəl daşıyıcısı Paris-2024-ün bürünc mükafatçısı, yunanıstanlı avarçəkən Petros Qaidatsisə təqdim olunub. Məşəl daha sonra İtaliyanın ikiqat Olimpiya çempionu Stefania Belmondoya, ardınca xizək üzrə ikiqat Olimpiya Oyunlarının qalibi Armin Zöggelerə ötürülüb. Yunanıstanda doqquz günlük estafetdən sonra məşəl dekabrın 4-də Afinada “Panatinaikos” stadionunda İtaliyaya təhvil veriləcək. Tədbirdə Beynəlxalq Olimpiya Komitəsinin (BOK) prezidenti Kirsti Koventri, Yunanıstan Respublikasının prezidenti Konstantinos Tassulas, eləcə də İtaliya nümayəndə heyəti iştirak edib. BOK prezidenti çıxışında Olimpiya Atəşkəsinin rəmzi rolunu vurğulayaraq, Oyunların “insanları sülh və hörmət ətrafında birləşdirən” əhəmiyyətindən danışıb. Milano-Kortina 2026-nın prezidenti Covanni Malaqo bildirib ki, məşəlin səyahəti qədim Oyunların ahəng və birlik ideallarını xatırladır və bu dəyərlər bu gün də dünyanı birləşdirir. İtaliya Milli Olimpiya Komitəsinin prezidenti Luçano Buonfiqlio çıxışında vurğulayıb ki, məşəl yandırma mərasimində iştirak etmək qürurvericidir və o, qarşıdakı Oyunlarda italyalı idmançılarının güclü dəstək alacağına inandığını bildirib. Məlumt üçün bildirək ki, məşəlin İtaliya estafeti dekabrın 6-da Romada başlayacaq. Ümumilikdə 10 min 1 məşəlçi 63 gün ərzində 12 min kilometrlik marşrutu qət edəcək. Məşəlin yolu Sienna, Pomppeya, Venesiya və Kortina di Ampezzodan keçərək fevralın 6-da Milanın “San-Siro” stadionunda keçiriləcək açılış mərasiminə çatacaq. Qış Olimpiya Oyunları uzun fasilədən sonra yenidən Alp dağlarına dönüşü simvolizə edəcək.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
AAF-nin prezidenti ilə Muhammed Yousef Al Mana arasında görüş keçirilib
23.06.2026, 21:01 Ağırlıqqaldırma
-
Azərbaycan Olimpiya Hərəkatının inkişafında İlham Əliyevin rolu
23.06.2026, 16:49 Olimpizm xəbərləri
-
MOK-un əməkdaşı Gənc Olimpiya Səfirlərinin 66-cı Beynəlxalq Sessiyasında iştirak edib
23.06.2026, 16:09 MOK
-
2042-ci il Qış Olimpiya Oyunları üçün ABŞ-dan yeni təşəbbüs
23.06.2026, 15:54 Olimpizm xəbərləri
-
Voleybol məşqçiləri üçün “Təhlükəsiz idman - hamı üçün” mövzusunda seminar keçiriləcək
23.06.2026, 15:34 Olimpizm xəbərləri
-
UFC döyüşçüləri Bakıda azarkeşlərlə görüşəcəklər
23.06.2026, 15:17 Gündəm
-
Beynəlxalq Olimpiya Günü münasibəti ilə “Xatirələrdə yaşayanlar” adlı tədbir keçirilib
23.06.2026, 14:19 MOK
-
23 iyun - Beynəlxalq Olimpiya Günüdür
23.06.2026, 10:47 Olimpizm xəbərləri
-
Usta ağırlıqqaldıranlarımız Avropa çempionatında iştirak edirlər
23.06.2026, 03:51 Ağırlıqqaldırma
-
Taekvondoçularımız beynəlxalq yarışda 3 medal qazanıblar
23.06.2026, 00:10 Taekvondo
-
Qadınlardan ibarət Azərbaycan millisi Fərid Qayıbovla görüşüb
22.06.2026, 18:15 Futbol
-
Çimərlik futbolu üzrə Azərbaycan millisinin seçmə mərhələdəki rəqibləri müəyyənləşib
22.06.2026, 17:52 Futbol
-
Azərbaycan kamandan oxatanları Dünya Kubokunda mübarizə aparacaqlar
22.06.2026, 17:41 Olimpiya dünyası
-
AMADA Gəncədə təmiz idman dəyərlərinin təşviqinə dair maarifləndirmə proqramı təşkil edib
22.06.2026, 16:45 AMADA
-
Parabadmintonçusmuz Fransada bürünc medal qazanıb
22.06.2026, 14:57 Olimpiya dünyası
-
Taekvondoçularımız beynəlxalq turnirdə 6 medal qazanıblar
22.06.2026, 14:35 Taekvondo
-
Azərbaycan alpinistləri İtaliyadakı Monte Paterno zirvəsinə qalxıblar
22.06.2026, 14:14 Olimpiya dünyası
-
Avarçəkənlərimiz beynəlxalq reqatada iştirak edəcəklər
22.06.2026, 12:17 Su idman növləri
-
Badmintonçumuz Serbiyada bürünc medala sahib oldu
22.06.2026, 11:49 Olimpiya dünyası
-
Bu gün DÇ-2026-da daha 4 oyun keçiriləcək
20.06.2026, 19:22 Futbol
-
"Zirə" heyətini yeni futbolçu ilə gücləndirir
20.06.2026, 19:20 Futbol
-
"Neftçi" Dünya Seriyasının Sumqayıt mərhələsinin 1/4 finalında
20.06.2026, 18:52 Basketbol
-
Dünya Kuboku: İki boksçumuz bürünc medal qazandı, bir idmançımız isə finalda
20.06.2026, 17:52 Boks
-
"Ağ-qaralar"dan növbəti transfer
20.06.2026, 17:30 Futbol
-
Məktəblilərin Respublika İdman Olimpiadasının açılış mərasimi keçirilib
20.06.2026, 16:40 Gündəm
-
"Sheki Open 2026" Beynəlxalq Şahmat Festivalının təntənəli açılış mərasimi keçirilib
19.06.2026, 20:18 Son xəbər
-
UFC-də beşinci azərbaycanlı döyüşçü
19.06.2026, 20:02 Gündəm
-
Gələn il Bakıda Avropa Gimnastikasının XXXII Konqresi keçiriləcək
19.06.2026, 19:36 Gündəm
-
Cüdoçularımız "Böyük Dəbilqə" turnirinə iki medalla başladılar
19.06.2026, 14:37 Cüdo
-
Avropa Su İdmanı Federasiyasının konfransı ilk dəfə Bakıda!
19.06.2026, 12:51 Gündəm
-
Voleybol millilərimiz Avropa Liqasında növbəti oyunlarına çıxacaq
19.06.2026, 10:10 Voleybol
-
Meksika millisi dünya çempionatında növbəti qələbəsini qazand
19.06.2026, 07:15 Futbol
-
Azərbaycanın kamandan oxatma üzrə idmançısı IV Avropa Oyunlarında iştirak etmək üçün kvota qazanıb
18.06.2026, 17:00 Gündəm
-
Bu gün DÇ-2026-da II turun oyunlarına start veriləcək
18.06.2026, 16:47 Futbol