Bakı İdman Sarayı cüdo üzrə Azərbaycan çempionatına ev sahibliyi etdi
Olimpizm xəbərləri
08.12.2025, 10:53
Ötən həftə sonu təşkil olunan cüdo üzrə Azərbaycan çempionatı gərgin və maraqlı mübarizə ilə yadda qaldı. Dekabrın 5-dən 7-dək Gənclər və İdman Nazirliyinin, Azərbaycan Cüdo Federasiyasının təşkilatçılığı, “Azman Holdinq” və “Azercell” şirkətinin dəstəyi ilə Bakı İdman Sarayında keçirilən yarış da ötən il olduğu kimi yüksək təşkilatçılıq səviyyəsi baxımından “Böyük Dəbilqə” və Qran-pri turnirlərindən heç də fərqlənmədi. Yarışların keçirildiyi üç gün ərzində arenadakı çoxsaylı azarkeş dəstəyi və tribunalarda boş yerlərin olmaması da bunun bir daha əyanı sübutu idi. Ümumi mükafat fondunun 50 min manat təşkil etdiyi yarışda paytaxt və bölgələri təmsil edən 50 klubdan 206 (154 kişi, 52 qadın) cüdoçu 14 çəki dərəcəsində medallar uğrunda mübarizə apardı.
Çempionatda yadda qalan daha bir məqam isə Olimpiya mükafatçımız Elmar Qasımovun (-100 kq) 35 yaşında ardıcıl ikinci dəfə Azərbaycan çempionu adını qazanması oldu. Yarışın rəsmi açılış mərasimində gənclər və idman naziri Fərid Qayıbov, Azərbaycan Cüdo Federasiyasının (ACF) prezidenti Rəşad Nəbiyev, icraçı vitse-prezidenti Rəşad Rəsullu, ACF prezidentinin müşaviri Natiq Bağırov, federasiyanın İcraiyyə Komitəsinin üzvü və Azərbaycan Cüdo Veteranları Assosiasiyasının prezidenti Azər Əsgərov, “Azman Holdinq” şirkətinin rəhbərliyi, Olimpiya çempionları, həmçinin idman ictimaiyyətinin tanınmış nümayəndələri iştirak edirdilər. Mərasim Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başladı. Açılış mərasimində çıxış edən gənclər və idman naziri Fərid Qayıbov ölkədə idmana göstərilən dövlət qayğısından bəhs edərək, cüdonun Azərbaycanda yüksək templə inkişaf etdiyini vurğuladı. Nazir Paris Olimpiadasında Azərbaycan cüdoçularının qazandığı iki qızıl medalı xatırladaraq, bu uğurda federasiyanın rolunu yüksək qiymətləndirdi. O, regionlarda yeni idman zallarının istifadəyə verilməsinin cüdonun kütləviləşməsinə mühüm töhfə olduğunu diqqətə çatdırdı. ACF-in icraçı vitse-prezidenti Rəşad Rəsullu çıxışında Azərbaycan cüdoçularının beynəlxalq arenada, o cümlədən III MDB Oyunları və VI İslam Həmrəyliyi Oyunlarında qazandıqları nailiyyətlərdən danışdı. O bildirdi ki, bu il ölkə cüdoçuları beynəlxalq yarışlarda 76 qızıl, 61 gümüş və 116 bürünc olmaqla, ümumilikdə 253 medal əldə etdilər. Rəşad Rəsullu çıxışının sonunda çempionatın təşkilinə göstərilən dəstəyə görə Gənclər və İdman Nazirliyinə, Milli Olimpiya Komitəsinə, federasiyanın baş sponsuru “Azercell Telecom”a, həmçinin yarışın sponsoru “Azman Holdinq” şirkətinə minnətdarlığını bildirdi. Mərasim çərçivəsində “Azman Holdinq” şirkəti cüdonun inkişafına verdiyi töhfələrə görə federasiya tərəfindən təltif edildi. Ardınca isə idmançıların böyüklər, gənclər və yeniyetmələr arasında uğurlu çıxışlarını əks etdirən videoçarx nümayiş olundu. Tədbirin bədii hissəsindən sonra final görüşlərinə start verildi. İki gün davam edən çempionatın fərdi yarışlarında Könül Əliyeva (-48 kq), Aydan Vəliyeva (-52 kq), Vüsalə Hacıyeva (-57 kq), Nilgün Rzayeva (-63 kq), Südabə Ağayeva (-70 kq), Günel Həsənli (-78 kq), Mədinə Kaisinova (+78 kq) bütün rəqiblərinə qalib gələrək qızıl medallara layiq görülüb. Kişilərin mübarizəsində isə Balabəy Ağayev (-60 kq), Nazir Talıbov (-66 kq), Kamran Süleymanov (-73 kq), Vüsal Qələndərzadə (-81 kq), Məmmədrza Hacızadə (-90 kq), Elmar Qasımov (-100 kq) və Kənan Nəsibov (+100 kq) çempion adını qazandı. Fərdi yarışların son nəticəsinə görə, ümumi komanda hesabında “Neftçi” İdman Klubu 4 qızıl, 3 gümüş və 7 bürünc medalla birinci yeri tutub. 3 qızıl, 2 bürünc medalla “Atilla” İdman Klubu ikinci, “Sərhədçi” İdman Mərkəzi isə 2 qızıl, 2 bürünc medalla üçüncü olub. Yarışda ümumilikdə 20 komanda mübarizə apardı. Çempionatın sonuncu günündə isə komanda yarışları keçirildi. Qadınlarda 5, kişilərdə isə 7 komanda kubok uğrunda mübarizə apardı. Gərginliyi ilə yadda qalan mübarizənin sonunda qadınlar arasında Şuşa UGİM komandası çempion adını qazandı. “Umbayev Sport Club” ikinci, “Neftçi” İdman Klubunun birinci komandası isə üçüncü yeri tutdu. Kişilər arasında isə “Konakan TT” klubu bütün rəqiblərini qabaqlayaraq, birinci yerə layiq görüldü. “Azəri-Cüdo” İKİB ikinci, “Sərhədçi” İM və “Atilla” İK komandaları isə üçüncü yerləri bölüşdü. Turnirin keçirildiyi günlərdə Dan dərəcələri üzrə təltifetmə mərasimi də təşkil edildi. Azərbaycan cüdosunun inkişafına verdiyi töhfəyə görə “Azman Holdinq”in mətbuat meneceri Xanlar Məmmədova fəxri V dan dərəcəsi təqdim olundu. Bundan başqa mərasimdə Azərbaycan İdman Akademiyası və Azərbaycan Cüdo Federasiyasının birgə cüdo ixtisasında təhsil alan tələbələrin peşəkar inkişafı ilə əlaqədar birgə əməkdaşlıq fəalliyətlərində aktiv iştirak edən 8 nəfər III kurs tələbəsi isə I dan dərəcəsinə layiq görüldü. Ümumilikdə, təşkilatçılıq baxımından yüksək səviyyədə keçirilən ölkə çempionatı üç gün ərzində Bakı İdman Sarayını əsil mübarizə meydanına çevirdi. Həmin arenaya toplaşanlar və bu yarışı izləyənlər hələ uzun müddət bu yarışı xatırlayacaqlar. Azərbaycan çempionatı eyni zamanda ölkədə bu idman növünün yüksək səviyyədə inkişafını, gənc istedadların üzə çıxmasını və yerli turnirlərin peşəkarlıqla təşkilini göstərən əhəmiyyətli hadisə oldu. Dövlətin və özəl sektorun birgə dəstəyi, idmançılarımızın səyləri sayəsində Azərbaycan cüdo məktəbi gələcəkdə də beynəlxalq uğurlarını davam etdirəcək, bu idman növü daha da geniş kütlələrə çatacaq. Onu da qeyd edək ki, cüdo Azərbaycanda yeganə idman növüdür ki, Olimpiya Oyunlarında güləşlə birgə dörd qızıl medal qazanılıb. Bu uğurlar onu göstərir ki, Azərbaycan cüdoçuları dünya səviyyəsində ciddi rəqiblərdən biridir və onların yarışlardakı çıxışları hər zaman geniş maraq və diqqət doğurur. İnanırıq ki, Azərbaycan çempionatının bu dəfəki qalibləri arasında növbəti Olimpiya medallarını qazanan idmançılarımız da olacaq.
Azər Əlizadə
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Mingəçevirdə "Kürü keçək?! 5" açıq suda kütləvi üzmə yarışı keçiriləcək
14.07.2026, 13:49 Su idman növləri
-
Bayıl stadionunda əsaslı yenidənqurma işləri yekunlaşmaq üzrədir
14.07.2026, 12:25 Futbol
-
Media və Yayım Şurasının yaradılması təklifi qəbul edildi
14.07.2026, 11:58 Gündəm
-
Şakir Quliyev: "Dinləyicilərin sevgisini qazanmaq bizim üçün ən böyük uğur idi" - MÜSAHİBƏ
14.07.2026, 11:46 Müsahibə
-
Güləşçilərimiz Budapeştdə ilin son reytinq turnirində çıxış edəcəklər
14.07.2026, 11:12 Güləş
-
"Çelsi" heyətini yeni müdafiəçi ilə gücləndirmək istəyir
14.07.2026, 10:56 Futbol
-
Dünya çempionatında yarımfinal həyəcanı başlayır
14.07.2026, 10:21 Futbol
-
"Sabah" bu gün Çempionlar Liqasında cavab oyununa çıxacaq
14.07.2026, 10:02 Futbol
-
Dünya çempionatının loqosu təsdiqlənib
13.07.2026, 17:10 Gündəm
-
Parislilər heyətini yeni müdafiəçi ilə gücləndirmək istəyir
13.07.2026, 16:41 Futbol
-
"Səbail" yeni transferini açıqladı
13.07.2026, 16:17 Futbol
-
Avarçəkənimiz gümüş medal qazandı
13.07.2026, 15:58 Olimpiya dünyası
-
Millimiz Şabranda təlim-məşq toplanışında iştirak edib
13.07.2026, 13:02 Şahmat
-
Azərbaycan avarçəkənləri Potidə 18 medal qazanıblar
13.07.2026, 10:52 Olimpiya dünyası
-
Çimərlik voleybolçularımız mükafatçılar sırasında
13.07.2026, 01:30 Voleybol
-
Sərbəst güləş millimiz rekorda imza atdı
13.07.2026, 00:53 Gündəm
-
Beynəlxalq turnirin finalçıları ilə görüş olub
12.07.2026, 19:04 Olimpiya dünyası
-
Olimpiya mükafatçısı Milli Gimnastika Arenasında ustad dərsi keçib
12.07.2026, 18:39 Gimnastika
-
Ruslan Lunyov Avropa Kubokunda qızıl medal qazanıb
12.07.2026, 10:16 Güllə atıcılığı
-
Gimnastlarımız Portuqaliyada beynəlxalq turniri 12 medalla başa vurublar
12.07.2026, 09:53 Gimnastika
-
DÇ-2026-nın yarımfinal cütləri müəyyənləşib
12.07.2026, 09:33 Futbol
-
DÇ-2026: Argentina millisi yarımfinala vəsiqə qazandı
12.07.2026, 08:08 Futbol
-
Dünya çempionatı: İngiltərə millisi yarımfinalda
12.07.2026, 04:00 Futbol
-
Güləşçimiz Avropa çempionu oldu
12.07.2026, 00:48 Güləş
-
Azərbaycan millisi Xüsusi Olimpiya Birləşmiş Dünya Kubokunun qalibi olub
10.07.2026, 16:09 Son xəbər
-
Azərbaycan klublarının Avropa Liqasında 300-cü qolu
10.07.2026, 15:45 Futbol
-
Yeni baş məşqçinin köməkçiləri müəyyənləşib
10.07.2026, 15:18 Futbol
-
Dünya çempionatında 1/4 final mərhələsinin ikinci oyunu keçiriləcək
10.07.2026, 14:47 Futbol
-
Musa Quelini "Şəfa"da
10.07.2026, 14:14 Futbol
-
Boksçularımız beynəlxalq turnirdə
10.07.2026, 13:40 Boks
-
“Gəncə”nin üç voleybolçusu milli komandalara dəvət alıb
10.07.2026, 13:22 Voleybol
-
"Seltik"də çıxış edəcəyim üçün çox xoşbəxtəm
10.07.2026, 12:54 Futbol
-
Modriç Xorvatiya millisindəki karyerasını başa vurmaq niyyətində deyil
10.07.2026, 12:18 Futbol
-
Azərbaycan UEFA reytinqində bu həftə ən çox əmsal toplayan 2 ölkədən biridir
10.07.2026, 11:48 Futbol