Rəşad Rəsullu: “Əsas hədəflərimiz Bakıda keçiriləcək dünya çempionatı və Los-Anceles-2028 Olimpiya Oyunlarıdır” - MÜSAHİBƏ
Olimpizm xəbərləri
08.12.2025, 22:34
Azərbaycan Cüdo Federasiyasının icraçı vitse-prezidenti Rəşad Rəsullu Olimpnews.az saytına müsahibə verib. O, başa çatan ölkə çempionatı ilə bağlı danışıb. Həmin müsahibəni oxuculara təqdim edirik. - Rəşad müəllim, üç gün davam edən Azərbaycan çempionatını ümumilikdə necə dəyərləndirirsiniz? - Çempionat ərzində olduqca maraqlı və gərgin qarşılaşmalar izlədik. Xüsusilə final bloklarında zalların dolu olması yarışlara olan böyük marağın göstəricisi idi. Son gündə keçirilən komanda yarışları isə əsl mübarizə ruhunda keçdi. Ümumilikdə bizi ən çox sevindirən amil sağlam rəqabətin olmasıdır. İdmançılar maksimum səylə çıxış etdilər və öz bacarıqlarını nümayiş etdirməyə çalışdılar. Milli komandaya seçilən idmançılar üçün qarşıda təlim-məşq toplanışları və beynəlxalq yarışlarda özlərini göstərmək imkanı yaradılır. Artıq hər şey onların əzmkarlığından asılıdır. Gələn il Bakıda keçiriləcək dünya çempionatı və Los-Anceles-2028 Yay Olimpiya Oyunlarına vəsiqə uğrunda mübarizə də məhz bu mərhələdən başlayır. Ümid edirik ki, bu yol onlar üçün uğurlu olacaq. - Cüdoçularımız 2025-ci ildə 253 medal qazandılar. Bu nəticəni qənaətbəxş hesab etmək olarmı? - Düzünü desəm, bu nəticə bəzən qane edir, bəzən isə yox. Medal sayını bir kənara qoysaq, bizi xüsusilə sevindirən məqam böyüklər arasında qarışıq komanda yarışlarında iki dəfə qızıl medal qazanmağımız oldu. Xüsusilə də VI İslam Həmrəyliyi Oyunlarının cüdo üzrə qarışıq komanda yarışlarının finalında çox güclü Özbəkistan komandasına qalib gələrək çempion olduq. Doğrudur, əsas nəticələr tam olaraq gözlədiyimiz səviyyədə olmadı. Lakin ümumi mənzərəyə nəzər saldıqda görürük ki, 2025-ci il Azərbaycan cüdosu üçün artan templə davam edən bir il olub. Əsas hədəflərimiz Bakıda keçiriləcək dünya çempionatı və Los-Anceles-2028 Olimpiya Oyunlarıdır. Əminəm ki, bu gün görülən işlərin real nəticəsini məhz həmin mötəbər yarışlarda nümayiş etdirəcəyik. - Rəşad müəllim, Azərbaycan çempionatında Olimpiya çempionlarımızın və əsas heyət üzvlərinin iştirak etməməsinin səbəbi nə ilə bağlı idi? - Yalnız Olimpiya çempionlarımız deyil, ümumiyyətlə, milli komandanın bir sıra əsas üzvləri bu yarışda iştirak etmirdi. Əhməd Yusifov, Rəşid Məmmədəliyev, Elcan Hacıyev və Ruslan Paşayev də çempionatda çıxış etməyən idmançılar sırasında idi. Bunun obyektiv səbəbləri var idi. Bəzi idmançılar zədə səbəbindən yarışdan kənarda qaldı, bəziləri isə zədədən sonra tam forma yığa bilmədiyi üçün riskə getmədik. Bundan əlavə, son dövrlərdə keçirilən yarışlar onların fiziki baxımdan həddindən artıq yüklənməsinə səbəb olmuşdu. Məhz bu səbəbdən milli komandanın baş məşqçiləri həmin idmançıların Azərbaycan çempionatında iştirak etməməsinə qərar verdilər. - Elmar Qasımov yenidən Azərbaycan çempionu oldu. Olimpiya mükafatçımızın milli komandadakı gələcək perspektivləri ilə bağlı nə deyə bilərsiniz? - Elmar Qasımov hazırda milli komandanın üzvüdür. O, əvvəl karyerasını başa vurduğunu elan etmişdi. Lakin ötən il keçirilən Azərbaycan çempionatında iştirak edərək yenidən tatamiyə qayıtdı və çempion oldu. 2024-cü il ərzində Elmar dörd beynəlxalq turnirdə - Tbilisidə “Böyük Dəbilqə”, Qoridə Avropa Kuboku, Praqada açıq Avropa çempionatı və Aktauda Asiya açıq çempionatında çıxış edib. Elmarın artıq 35 yaşı var və böyük təcrübəyə malikdir. Onun çəki dərəcəsində əsas rəqabət apardığı idmançı isə Olimpiya çempionumuz Zelim Kotsoyevdir. Bu baxımdan hər şey birbaşa Elmarın öz hazırlığından və əzmkarlığından asılıdır. Əsas məqam odur ki, məşqlərdə davamlı iştirak edir və intizamlı şəkildə çalışır. Milli komandanın məşqçilər heyəti ona bundan sonra da yarışlarda iştirak etməsi üçün şans verəcək. İndi əsas məsələ həmin şansdan necə istifadə etməsidir. Azər Əlizadə
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
DÇ-2026-da daha dörd oyun keçiriləcək
Bugün, 19:36 Futbol
-
Qaxda cüdo üzrə region birinciliyi keçiriləcək
Bugün, 19:22 Cüdo
-
"Qarabağ" Medina ilə yollarını ayırdı
Bugün, 16:05 Futbol
-
5-ci LANDAU Şahmat Festivalının açılış mərasimi keçirilib
Bugün, 15:46 Şahmat
-
"Böyük Dəbilqə"də 17 cüdoçumuz iştirak edəcək
Bugün, 15:36 Cüdo
-
"Sabah"ın Çempionlar Liqasının II təsnifat mərhələsindəki potensial rəqibləri müəyyənləşib
Bugün, 15:15 Futbol
-
Media və Yayım Şurasının yaradılmasının strateji səbəbləri
Bugün, 14:51 Gündəm
-
Boksçularımız Sarayevoda Olimpiya ümidləri turnirində iştirak edəcəklər
Bugün, 14:15 Boks
-
Basketbol millimiz Tbilisidə iki qələbə qazanıb
Bugün, 13:47 Basketbol
-
Tunis Qran-prisində gümüş medal
Bugün, 10:52 Olimpiya dünyası
-
Balkan çempionatında 7 atletimiz iştirak edəcək
Bugün, 10:44 Atletika
-
Avstriya DÇ-2026-ya qələbə ilə başladı
Bugün, 10:29 Futbol
-
Azərbaycan "Formula 1"in dəstəklədiyi qlobal STEM Racing proqramına qoşulub
Bugün, 10:05 Formula 1
-
Bakıda keçiriləcək UFC turniri üçün Bakıya 70-ə yaxın ölkədən azarkeş gələcək
16.06.2026, 12:04 Gündəm
-
Kamandan oxatma üzrə Bakı şəhər kubokunun II mərhələsi keçiriləcək
16.06.2026, 11:36 Olimpiya dünyası
-
Azərbaycan Güləş Federasiyasında yenilik
16.06.2026, 11:27 Gündəm
-
XXIX "Şahin" hərbi-idman oyununun final mərhələsi keçirilib
16.06.2026, 11:09 Olimpiya dünyası
-
"Zirə"nin Konfrans Liqasının I təsnifat mərhələsindəki rəqibi müəyyənləşəcək
16.06.2026, 10:56 Futbol
-
Avropa Liqası: Bu gün "Qarabağ"ın I təsnifat mərhələsindəki rəqibi müəyyənləşəcək
16.06.2026, 10:05 Futbol
-
Bu gün "Sabah"ın Çempionlar Liqasındakı rəqibi müəyyənləşəcək
16.06.2026, 09:18 Futbol
-
İran və Yeni Zelandiya yığmalarının oyunu heç-heçə yekunlaşdı
16.06.2026, 09:00 Futbol
-
DÇ-2026-da növbəti bərabərlik
16.06.2026, 08:46 Futbol
-
DÇ-2026: Belçika Misir oyununda qalib müəyyənləşmədi
16.06.2026, 01:00 Futbol
-
"Turan Tovuz"un Konfrans Liqası ilə bağlı şikayətini təmin edilmədi
16.06.2026, 00:08 Futbol
-
Prezident İlham Əliyevin sosial media hesablarında Milli Qurtuluş Günü münasibətilə paylaşım edilib
15.06.2026, 00:06 Gündəm
-
Mehriban Əliyeva Milli Qurtuluş Günü münasibətilə paylaşım edib
15.06.2026, 00:01 Gündəm
-
AOK-un 55-ci Baş Assambleyasına yekun vurulub
13.06.2026, 23:20 MOK
-
Avarçəkənimiz Avropa çempionu olub
12.06.2026, 15:17 Su idman növləri
-
"Real" 32 saata Bernardo Silvanın transferini yekunlaşdırdı
12.06.2026, 13:52 Futbol
-
AOK-un 55-ci Baş Assambleyası öz işinə başlayıb
12.06.2026, 13:21 MOK
-
DÇ-2026 fərqli olacaq: 3 ev sahibi, 48 komanda, 104 oyun
12.06.2026, 12:58 Gündəm
-
Rövşən Nəcəf Dünya Korporativ Oyunlarının qalibi olan komanda ilə görüşüb
12.06.2026, 11:45 Olimpiya dünyası
-
Sumqayıtda 3x3 basketbol üzrə beynəlxalq turnir keçiriləcək
12.06.2026, 11:04 Basketbol
-
Kişi voleybolçulardan ibarət millimiz Avropa Liqasında növbəti oyununu keçirəcək
12.06.2026, 10:52 Voleybol