"Barselona" klubu futbol üzrə 16-cı dəfə İspaniya Superkubokunun qalibi adını qazanıb.
Olimpnews.az xəbər verir ki, Səudiyyə Ərəbistanının Ciddə şəhərində keçirilən final oyununda Kataloniya təmsilçisi Madrid "Real"ına minimal hesabla qalib gəlib -3:2. "El Klasiko"da hesabı 36-cı dəqiqədə Hans-Diter Flikin komandası açıb. Rafinya dəqiq zərbə ilə fərqlənib. İlk hissənin sonlarında azarkeşlər daha üç qola şahidlik etdi. Əvvəlcə 45+2-ci dəqiqədə Vinisius "Real"ın bərabərlik qolunu vurub. Lakin iki dəqiqə sonra polşalı hücumçu Robert Levandovski yenidən "Barselona"nı hesabda öndə çıxarıb. 45+6-cə dəqiqədə isə "Kral klubu" yenidən hesabı bərabərləşdirib. Qonsalo Qarsiya bərabərlik qolunun müəllifi olub. Matçın taleyini 73-cü dəqiqədə "Barselona"nın futbolçusu Rafinyanın vurduğu qol həll edib.
Qeyd edək ki, "Barselona" yarımfinalda "Atletik" (Bilbao) klubuna (5:0), "Real" isə Madrid "Atketiko"suna (2:1) qalib gəlib.


