Yüksək Liqada IX tura yekun vurulacaq

Yüksək Liqada IX tura yekun vurulacaq

Bu gün kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında IX turun oyunlarına yekun vurulacaq.

Olimpnews.az xəbər verir ki, turun son oyun günündə azarkeşlər bir oyun izləyəcəklər. "Gənclər" komandasl Abşeron Olimpiya İdman Kompleksində  "Murov Az Terminal"ı qəbul edəcək. Oyunun start fiti saat 17:00-da səslənəcək.