Bu gün Azərbaycan Basketbol Liqasında XIII turun oyunlarına start veriləcək.
İlk oyun günündə bir qarşılaşma təşkil olunacaq.
B qrupunda yer alan "Lənkəran" komandası doğma meydanda "Naxçıvan"ın qonağı olacaq. Lənkəran Olimpiya İdman Kompleksində keçirilən oyun saat 15:00-da başlayacaq.
Qeyd edək ki, tura yanvarın 18-də yekun vurulacaq.


