Milan-Kortina-2026 Qış Olimpiya Oyunları davam edir.
Olimpnews.az saytı xəbər verir ki, yarışın 13-cü günündən sonra Norveç 12 qızıl, 7 gümüş və 8 bürünc (ümumən 27 medal) medalla sıralamada liderliyini qoruyur.
İtaliya 22 medalla ikinci (8 qızıl, 4 gümüş, 10 bürünc), Niderland isə 12 medalla üçüncüdür (6 qızıl, 5 gümüş, 1 bürünc).
Qeyd edək ki, XXV Qış Olimpiya Oyunlarına fevralın 22-də yekun vurulacaq.


