"Enfild"də sülh

\"Enfild\"də sülh

Futbol

09.05.2026, 20:40

Futbol üzrə İngiltərə Premyer Liqasında 36-cı turun oyunları keçirilir.

Olimpnews.az xəbər verir ki, "Liverpul" klubu doğma meydanda "Çelsi" ilə heç-heçə edib. "Enfild" stadionunda keçirilən qarşılaşma 1:1 hesabı ilə başa çatıb.

Oyunda bütün qollar ilk hissədə vurulub. Görüşün 6-cı dəqiqəsində Ryan Qravenberç hesabı açaraq meydan sahiblərini önə keçirib. Qonaqlar isə 35-ci dəqiqədə Enzo Fernandezin dəqiq zərbəsi ilə tarazlığı bərpa ediblər.

İkinci hissədə tərəflərin cəhdlərinə baxmayaraq hesab dəyişməyib. Bu nəticədən sonra sona iki tur qalmış İngiltərə Premyer Liqasında "Liverpul" 59 xalla 4-cü, "Çelsi" klubu isə 49 xalla 9-cu pillədə qərarlaşıb.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR