MOK-un Atletlər Komissiyasının nümayəndələri XIV Beynəlxalq İdman Forumunda iştirak edir
MOK
22.10.2026, 13:50
Rusiya Federasiyasının Krasnoyarsk şəhərində oktyabrın 21-dən etibarən start götürən XIV “Rusiya – idman dövlətidir” Beynəlxalq İdman Forumu öz işini davam etdirir.
Olimpnews.az xəbər verir ki, Rusiya Federasiyasının İdman Nazirliyi və Roskonqress Fondu tərəfindən, Rusiya Federasiyası Hökumətinin dəstəyi ilə təşkil olunan forumda ölkəmizi Milli Olimpiya Komitəsinin (MOK) idman idarəsinin müdiri Həsənağa Rzayev və Atletlər Komissiyasının üzvü, üzgüçülük üzrə Rio-2016 Yay Olimpiya Oyunlarının iştirakçısı Fatimə Alkərəmova təmsil edirlər.
Forum çərçivəsində Milli Olimpiya Komitələrinin Atletlər Komissiyalarının nümayəndələri üçün “MOK Atletlər Komissiyası: İştirakdan idarəetməyə doğru” mövzusunda xüsusi sessiya təşkil olunub. Sessiyada 7 ölkədən (Azərbaycan, Rusiya, Belarus, Kamboca, Laos, Qırğızıstan, Tacikistan) 20 nümayəndə və 7 spiker iştirak edir.
Sessiyanın əsas məqsədi müxtəlif ölkələrin Atletlər Komissiyalarının nümayəndələrini bir araya gətirmək, təcrübə mübadiləsi aparmaq, komissiyaların Milli Olimpiya Komitələrinin idarəetmə sistemindəki rolunu müzakirə etmək və gələcək əməkdaşlıq imkanlarını araşdırmaqdır. Görüşdə idmançıların maraqlarının təmsil olunması, qərarların qəbulu prosesində real iştirakı, eləcə də idmançıların rifahı, təhsili, liderlik bacarıqlarının inkişafı və karyeradan sonrakı dəstək proqramları ətrafında geniş fikir mübadiləsi aparılacaq.
XIV Beynəlxalq İdman Forumu çərçivəsində, həmçinin idman sənayesinin yeni texnologiyalarının sərgisi, ustad dərsləri və müxtəlif idman-kütləvi tədbirlər təşkil olunacaq.
Qeyd edək ki, forum oktyabrın 23-dək davam edəcək.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Bakı İdman Sarayında cüdo üzrə Avropa çempionatının açılış mərasimi keçirilib
Bugün, 18:24 Cüdo
-
Dakar-2026: Taekvondoçumuz finalın bir addımlığında
Bugün, 17:00 Olimpiya oyunları
-
Dakar-2026: Boksçumuz finala vəsiqə qazandı
Bugün, 16:45 Olimpiya oyunları
-
Bu gün iki idmançımız Dakar-2026-da mübarizə aparacaq
10.11.2026, 23:55 Olimpiya oyunları
-
Dakar-2026: Komandamız ilk "onluğ"u tərk etdi
10.11.2026, 23:21 Olimpiya oyunları
-
Velosipedçimiz Dakar-2026-da çıxışını başa vurdu
10.11.2026, 17:24 Olimpiya oyunları
-
Şose velosipedçimiz Dakar-2026-da növbəti yarışa qatılacaq
10.11.2026, 09:00 Olimpiya oyunları
-
Tunar Quliyev: “Son saniyəyə qədər mübarizə apardım və arzuladığım qələbəni qazandım”
10.11.2026, 04:18 Olimpiya oyunları
-
Elgün Kərimli: "Xalqımızın Zəfər Günündə üçrəngli bayrağımızı fəxri kürsüdə dalğalandırdıq"
10.11.2026, 03:57 Olimpiya oyunları
-
Oyan Nəzəriani: "Biz rəqiblərimizdən hər bir cəhətdən üstün idik"
10.11.2026, 03:52 Olimpiya oyunları
-
Nihad Süleymanlı: "Gələcəkdə çempion olmaq üçün əlimdən gələni edəcəyəm”
10.11.2026, 03:17 Olimpiya oyunları
-
Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarında medal qazanan çimərlik güləşçilərimiz Vətənə qayıdıb
10.11.2026, 03:05 Olimpiya oyunları
-
Dakar-2026: Azərbaycan komandası medal siyahısında üç pillə geriləyib
10.11.2026, 00:44 Olimpiya oyunları
-
Boksçumuz Gülər Hüseynova Dakar-2026-da yarımfinala yüksəlib
09.11.2026, 21:52 Olimpiya oyunları
-
Üçrəngli bayrağımız – Milli qürurumuz, müstəqilliyimizin və dövlətçiliyimizin rəmzi
09.11.2026, 14:15 Olimpiya dünyası
-
Oğlanlardan ibarət çimərlik güləşi komandamız Olimpiya Oyunlarını qalibi oldu
09.11.2026, 10:14 Olimpiya oyunları
-
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib
09.11.2026, 09:34 Gündəm
-
Dakar-2026: Boksçumuz mübarizəyə başlayır
09.11.2026, 09:00 Olimpiya oyunları
-
Tunar Quliyev: “Zəfər Günündə bayrağımızı dalğalandırmaq və himnimizi səsləndirmək mənim üçün böyük şərəfdir”
09.11.2026, 04:15 Olimpiya oyunları
-
Elgün Kərimli: “Qələbəmi şəhidlərimizə və qazilərimizə həsr edirəm”
09.11.2026, 04:06 Olimpiya oyunları
-
Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə videoçarx paylaşılıb
09.11.2026, 00:20 Gündəm
-
Dakar-2026: Azərbaycan komandası medal siyahısında yeddinci pillədə qərarlaşır
08.11.2026, 22:30 Olimpiya oyunları
-
Atletimiz Dakar-2026-da çıxışı başa vurdu
08.11.2026, 22:08 Olimpiya oyunları
-
Elgün Kərimli Yeniyetmələrin Yay Olimpiya Oyunlarının çempionu oldu
08.11.2026, 21:46 Olimpiya oyunları
-
Çimərlik güləşçimiz Dakar-2026-da qızıl medal qazandı
08.11.2026, 21:21 Olimpiya oyunları
-
Çimərlik güləşçilərimiz Dakar-2026-nın finalında
08.11.2026, 20:38 Olimpiya oyunları
-
Dakar-2026: Atletimiz finala yüksəlib
08.11.2026, 19:40 Olimpiya oyunları
-
Dakar-2026: Çimərlik güləşçilərimiz yarımfinala yüksəliblər
08.11.2026, 19:26 Olimpiya oyunları
-
MOK-un kollektivi Zəfər Günü münasibətilə Zəfər Parkını ziyarət edib
08.11.2026, 18:08 Gündəm
-
Şose velosipedçimiz Dakar-2026-da mübarizə aparıb
08.11.2026, 17:28 Olimpiya oyunları
-
Dakar-2026: Taekvondoçumuz mübarizəni dayandırdı
08.11.2026, 17:14 Olimpiya oyunları
-
Dakar-2026: Çimərlik güləşçilərimizdən uğurlu başlanğıc
08.11.2026, 16:12 Olimpiya oyunları
-
Prezident İlham Əliyev Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib
08.11.2026, 12:53 Gündəm
-
Azərbaycanın zəfər salnaməsi: Böyük fərəhdən böyük qələbəyə
08.11.2026, 11:33 Olimpiya dünyası