Fərhad Rəcəbli 12-ci dəfə Avropa çempionu adını qazandı 

Fərhad Rəcəbli 12-ci dəfə Avropa çempionu adını qazandı 

Cüdo

Bugün, 20:00

Oktyabrın 22-də Portuqaliyanın Portiman şəhərində usta cüdoçular arasında Avropa çempionatına start verilib.

Olimpnews.az xəbər verir ki, 4 gün davam edən yarışda 37 ölkədən 1314 (1052 kişi, 262 qadın) cüdoçu mübarizə aparır. Azərbaycan komandası yarışda 15 idmançı ilə təmsil olunur. Çempionatın ilk günündə Azərbaycan komandasının üzvü Fərhad Rəcəbli mükafatçılar sırasında yer alıb. M8 yaş kateqoriyasında mübarizə aparan komandamızın üzvü 90 kq çəki dərəcəsində bütün rəqiblərinə qalib gələrək qızıl medala layiq görülüb. Bu, Fərhad Rəcəblinin Avropa çempionatlarında 12-ci qızıl medalı olub. Titullu usta cüdoçumuz buna qədər 12 dəfə də dünya çempionatının qızıl medalını qazanıb. Qeyd edək ki, veteranlar arasında cüdo üzrə Avropa çempionatına oktyabrın 25-də yekun vurulacaq.  

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR