Dakar-2026: Azərbaycan üzgüçüsü finala vəsiqə qazana bilmədi 

Dakar-2026: Azərbaycan üzgüçüsü finala vəsiqə qazana bilmədi 

Olimpiya oyunları

Bugün, 14:25

Azərbaycan üzgüçüsü Məryəm Cavadova Seneqalın paytaxtı Dakarda keçirilən Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb.
Olimpnews.az xəbər verir ki, bayraqdarımız 100 metr məsafəyə sərbəst üsulla üzmədə təsnifat mərhələsində çıxış edib.
Üzgüçümüz 5-ci qrupda 8 iştirakçı arasında üçüncü olub. O, məsafəni 1.02.53 saniyəyə qət edib. Lakin bu nəticə idmançımızın finala vəsiqə qazanması üçün yetərli olmayıb. Yarışları 36-cı pillədə yekunlaşdıran idmançımız finala vəsiqə qazanan ilk “səkkizlik”dən kənarda qaldığı üçün mübarizəni dayandırıb. 
Qeyd edək ki, Dakar-2026-da iştirak edən Azərbaycan komandasının aktivində hazırda bir qızıl medal var. Yeganə medalı komandamıza ötən gün cüdo yarışlarında İbrahim Talıbov (-55 kq) qazandırıb. 

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR