BOKS
Azərbaycanın daha üç hakiminin beynəlxalq kateqoriyası üç ulduza yüksəlib
Boks üzrə Azərbaycan hakimləri Anar Nağdıyev, Rövşən Qədirov və Qalib Əbiyev növbəti hakimlik imtahanından uğurla keçiblər.
Azərbaycan Boks Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, ədalət təmsilçilərimizin beynəlxalq kateqoriyası iki ulduzdan üç ulduza artırılıb.
Bu nailiyyətə Rövşən Qədirovla Qalib Əbiyev Rumıniyanın Breila şəhərində təşkil olunan “Drakula Open”, Anar Nağdıyev Bolqarıstanın paytaxtı Sofiyada keçirilən “Strandja” beynəlxalq turnirində imza atıb. IBA yarışda nəzəri və praktiki dərslərdə iştirak edən həmyerlimizin imtahandan uğurla keçdiyini açıqlayaraq, onların ulduzunu artırıb.
Bununla da ölkəmizdə üç ulduzlu hakimlərin sayı altıya yüksəlib. Daha öncə Emil Qurbanəliyev, Anar Babanlı və Fuad Aslanov da bu kateqoriyaya yüksəliblər.
Qeyd edək ki, Azərbaycan Boks Federasiyası həm milli, həm də beynəlxalq kateqoriyaya malik hakimlərimizin peşəkarlıq səviyyəsinin artması, onların sayının çoxalması istiqamətində işləri davam etdirir.
Paylaş :