DİGƏR NÖVLƏR
Cəlilabadda "Sərhəd" hərbi-idman oyunu üzrə zona birinciliyi keçirildi
Cəlilabad rayonunun Göytəpə şəhərində yerləşən Dövlət Sərhəd Xidmətinin N saylı hərbi hissəsində “Sərhəd” hərbi-idman oyunu üzrə respublika zona birinciliyi təşkil olunub. Yarış Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsi, Təhsil İdarəsi və Göytəpə şəhər Dövlət Sərhəd Xidmətinin N saylı hərbi hissəsinin birgə təşkilatçılığı ilə baş tutub.
Tədbirdə Cəlilabad rayonu üzrə gənclər və idman, təhsil sektorunun əməkdaşları, eləcə də hərbi hissənin bir qrup zabit heyəti iştirak edib. Yarışda respublikanın müxtəlif bölgələrini təmsil edən 3 komanda mərhələli şəkildə keçirilən hərbi-idman oyunlarında güclərini sınayıb.
Yekunda Cəlilabad rayonunu təmsil edən Ləkin kənd tam orta məktəbin komandası bütün rəqiblərini geridə qoyaraq I yerin sahibi olub və final mərhələsinə vəsiqə qazanıb. Qalib komandalar Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsi tərəfindən diplomlarla mükafatlandırılıblar.
Paylaş :