FUTBOL
"Betis" əsas silahını əldən vermək istəmir
İspaniyanın "Betis" klubu braziliyalı vinger Antoni ilə bağlı "Mançester Yunayted"lə danışıqlara başlayıb. Olimpnews.az jurnalist Nikolo Şiranın verdiyi məlumata istinadən xəbər verir ki, "Betis" Antonini komandanın əsas silahı hesab edir. Buna görə də onu heyətdə saxlamaq barədə düşünür.
Qeyd edək ki, Sevilya təmsilçisi "samba"çını bu ilin yanvarında icarəyə götürüb. İlin əvvəlindən bəri o, bütün turnirlərdə 24 matçda səkkiz qol vurub və beş məhsuldar ötürmə ilə yadda qalıb. Antoninin "Mançester Yunayted"lə hazırkı müqaviləsi 2027-ci ilə qədərdir.
Paylaş :