FUTBOL
Londonlular Avropa Liqası kubokunu qarşılayır - FOTO
İngiltərənin “Tottenhem” klubu UEFA Avropa Liqasının qalibi olması şərəfinə çempionluq paradı təşkil edib.
Olimpnews.az xəbər verir ki, komanda açıq tavanlı avtobusla London küçələrində hərəkət edib.
Londonluların təşkil etdiyi parad zamanı minlərlə azarkeş şəhər küçələrində sevimli komandalarını alqışlarla qarşılayıb.
Xatırladaq ki, “Tottenhem” həlledici qarşılaşmada “Mançester Yunayted”i 1:0 hesabı ilə məğlub edərək tarixində üçüncü dəfə UEFA Avropa Liqasının qalibi olub.
Paylaş :