FUTBOL
"Barselona" Niko Vilymasla 6 illik müqavilə imzalayacaq
Xuan Qarsiya transferini tamamayan İspaniyanın "Barselona" klubu növbəti transferini tamamlamaq üzrədir.Olimpnews.az xəbər verir ki, Kataloniya təmsilçisi Bilbao "Atletik"inin cinah yarımmüdafiəçisi Niko Villiamsı transfer etməyə yaxındır. Artıq transfer üçün bütün şərtlərdə razılıq əldə edilib. 23 yaşlı oyunçu ilə 6 illik müqavilə imzalanacaq. Niko Vilyamsın yeni klubunda illik xalis maaşı 7-8 milyon avro olacaq.
Futbolçunun sərbəstqalma dəyəri 58 milyon avro təşkil edir. O, "Barselona" klubuna transfer olmaq üçün bir sıra klubların təklifindən imtina edib.
Paylaş :