FUTBOL
PSJ-nin futbolçusu Messini ağ yuyub, qara sərdi
PSJ-nin keçmiş yarımmüdafiəçisi Jerom Rothen bildirib ki, Lionel Messi Paris klubunda çıxış edərkən fransalılara hörmət göstərmirdi. "Messi nədən narazısan? Eşitmişəm deyirsən ki, sənə Parisdə hörmət edilməyib. Klubdan qovulmusan? Sən kimə hörmət edirdin? Heç kimə. Fevral ayına qədər Messi bir dənə də olsun qol vurmamışdı. İndi Lionel o qədər cəsarətlidir ki, okeanın o tayından PSJ-ni tənqid edir. 500 kvadrat metrlik evdə, xüsusi mühafizə, uşaq üçün özəl məktəb… Parisdə özünü yersiz hiss etdi? Xeyr, siz bizi buna inandıra bilməyəcəksiniz”, - Fransanın məşhur “RMC Sport” internet nəşri Rotendən sitat gətirib.
Paylaş :