FUTBOL
"Yuventus" Sanço transferini yekunlaşdırmaq üzrədir
İtaliyanın “Yuventus” klubu müqavilə ilə “Mançester Yunayted”ə məxsus olan və icarə əsasında “Çelsi”nin heyətində çıxış edən Ceydon Sanço transferini yekunlaşdırmaq üzrədir.
Olimpnews.az xəbər verir ki, Turin təmsilçisi 25 yaşlı cinah oyunçusu üçün “qırmızı şeytanlar”a 25 milyon avroluq təklif göndərib. Britaniyalılar təklifə müsbət yanaşıb və futbolçunun keçidinə mane olmayacaq.
Qeyd edək ki, ingiltərəli futbolçu 2021-ci ilin yayında Dortmund "Borussia"sından 73 milyon funt sterlinqə “Mançester Yunayted”ə transfer olunub.
Paylaş :