FUTBOL
Klublararası dünya çempionatı: "Real" 1/8 finalda
İspaniyanın Madrid "Real"ı futbol üzrə klublararası dünya çempionatının 1/8 final mərhələsinə vəsiqə qazanıb.
Olimpnews.az xəbər verir ki, "Kral klubu" bu hüquqa H qrupunun üçüncü turun çərçivəsində Avstriyanın "Zaltsburq" komandası ilə oyunda 3:0 hesablı qələbə sayəsində nail olub.
Linkoln Finansal Fleyd Arenada keçirilən oyunda İspaniya təmsilçisinin qələbə qollarını Vinisius Junior (40), Federiko Valverde (45+3) və Qanzalo Qarsiya (84) vurub.
Beləliklə, qələbə sayəsində xallarının sayını 7-yə çatdıran Madrid təmsilçisi qrup lideri kimi 1/8 finala adlayıb. Aktivində 4 xalı olan "Zaltsburq" isə üçüncü yeri tutaraq pley-off şansını itirib.
Paylaş :