FUTBOL
"Sabah" Avropa Liqasında mübarizəni dayandırdı
UEFA Avropa Liqasındakı yeganə təmsilçimiz “Sabah” I təsnifat mərhələsi çərçivəsində Sloveniyada "Sele" komandası ilə cavab oyununa çıxıb.
Olimpnews.az xəbər verir ki, Sele şəhərində keçirilən matçın 90 dəqiqəsi komandamızın 3:2 hesablı qələbəsi ilə yekunlaşıb. Bakıdakı ilk oyunda rəqib komanda 3:2 hesablı qələbə qazandığından qalib əlavə vaxtda müəyyənləşib. Əlavə 30 dəqiqədə “Sele”nin vurduğu bir qol cütün taleyini həll edib -3:3. Beləliklə, iki oyunun nəticəsinə görə yekunda 6:5 hesablı qələbə qazanan "Sele" növbəti mərhələyə yüksəlib. "Sabah" isə mübarizəni UEFA Konfrans Liqasında davam etdirəcək.
Paylaş :