08:00 21-07-2025
173
Skopye-2025: Bu gün 16 idmançımız festivalda mübarizəyə başlayır
Bu gün Şimali Makedoniya və Xorvatiyanın birgə ev sahibliyi etdiyi Skopye-2025 XVIII Avropa Gənclər Yay Olimpiya Festivalının ilk yarış gününə start veriləcək.
Olimpnews.az xəbər verir ki, yarışların ilk günündə Azərbaycan komandasının 16 idmançısı mübarizəyə başlayacaq. Təmsilçilərimizdən 8-i atletika, 4-ü üzgüçülük, 2-si güllə atıcılığı, 2-si isə badminton yarışlarında iştirak edəcək.
İdmançılarımızın bu günkü yarış proqramını təqdim edirik:
21 iyul
11:31. Üzgüçülük (qızlar), II təsnifat mərhələsi
İdmançı: Vlastilina Xasyanova (100 metr sərbəst üsul)
Məkan: “Centar” Olimpiya Üzgüçülük Mərkəzi
11:36. Atletika (qızlar), I mərhələ III təsnifat yarışı
İdmançı: Safiya Kərimova (100 m məsafəyə qaçış)
Məkan: Todor Proeski milli stadionu
11:46. Üzgüçülük (oğlanlar) - II təsnifat yarışı,
İdmançı: Fərhad Şirməmmədli (400 metr sərbəst üsul)
İdmançı: Ramal Sadıqlı (400 metr sərbəst üsul)
Məkan: “Centar” Olimpiya Üzgüçülük Mərkəzi
12:11. Üzgüçülük (qızlar) - II təsnifat yarışı,
İdmançı: Mehri Əbdürrəhmanlı (200 metr batterflay)
Məkan: “Centar” Olimpiya Üzgüçülük Mərkəzi
12:14. Atletika (oğlanlar), I mərhələ IV təsnifat yarışı
İdmançı: Həmid Nəbiyev (100 m məsafəyə qaçış)
Məkan: Todor Proeski milli stadionu
12:40. Atletika (oğlanlar), I mərhələ, I təsnifat yarışı
İdmançı: İsgəndər Əsgərov (800 m məsafəyə qaçış)
Məkan: Todor Proeski milli stadionu
12:45. Atletika (qızlar), təsnifat mərhələsi, A qrupu
İdmançı: Mələk Hüseynova (uzunluğa tullanma)
Məkan: Todor Proeski milli stadionu
13:01. Üzgüçülük (qızlar), təsnifat mərhələsi, II təsnifat yarışı
İdmançı: Vlastilina Xasyanova (200 metr arxasıüstə)
Məkan: “Centar” Olimpiya Üzgüçülük Mərkəzi
13:30. Badminton (oğlanlar, fərdi), G qrupu, ilk görüş
İdmançı: Petr Briza (Çexiya) - Əli Gözəlov (Azərbaycan)
Məkan: Nevana Georgieva - Dunya adına ibtidai məktəb
14:30. Badminton (qızlar, fərdi), G qrupu, I oyun
İdmançı: Viktoriya Kumanyayaeva (Azərbaycan) - Diya Meri Çerian (Danimarka)
Məkan: Nevana Georgieva - Dunya adına ibtidai məktəb
16:50. Güllə atıcılığı, qarışıq komanda, təsnifat mərhələsi
İdmançı: Leyli Əliyeva və Oleq Kerjankin (pnevmatik tapança,10 m)
Məkan: Partizan idman zalı
18:30. Badminton (oğlanlar, fərdi), G qrupu, II oyun
İdmançı: Dionis Morina (Kosovo) - Əli Gözəlov (Azərbaycan)
Məkan: Nevana Georgieva - Dunya adına ibtidai məktəb
20:13. Atletika (oğlanlar), I mərhələ, II təsnifat yarışı
İdmançı: Əmir İsmayılov (110 m sədlərlə qaçış)
Məkan: Todor Proeski milli stadionu
20:46. Atletika (qızlar), I mərhələ, III təsnifat yarışı
İdmançı: Mədinə Hüseynzadə (400 m məsafəyə qaçış)
Məkan: Todor Proeski milli stadionu
21:08. Atletika (oğlanlar), I mərhələ, II təsnifat yarışı
İdmançı: Nihat Tağıyev (400 m məsafəyə qaçış)
Məkan: Todor Proeski milli stadionu
21:10. Atletika (oğlanlar), final mərhələsi
İdmançı: Fərhad Quliyev (nüvəitələmə) – 19:10
Məkan: Todor Proeski milli stadionu
Azər Əlizadə