FUTBOL
Avropanın ən böyük stadionu Portuqaliyada?
Portuqaliyanın "Benfika" klubu Avropa qitəsinin ən böyük stadionunun sahibi ola bilər.
Olimpnews.az The Sun nəşrinə istinadən xəbər verir ki, “Benfika” rəhbərliyinin bir hissəsi 120 min nəfərlik olan yeni arena tikmək qərarına gəlib. Hələlik Portuqaliya klubunun menecerləri komandanın hazırkı stadionunda oturacaqların sayını artırmaq üçün variantlar axtarırlar. "Benfika" "Tottenhem" stadionunun təmiri üzərində işləyən "Populous" memarlıq bürosu ilə məsləhətləşmələrə başlayıb. Məlumat üçün bildirək ki, hazırda "Benfika"nın doğma stadionu "Estadio da Luz" 68 min tamaşaçı tutumuna malikdir. Avropanın ən böyük futbol arenası isə “Barselona”nın “Kamp Nou”stadionudur. Hazırda təmirə bağlanan stadion təxminən 99.000 azarkeş üçün nəzərdə tutulub.
Paylaş :