FUTBOL
"Dioqonun itkisi hamımıza təsir etdi"
"Liverpul"un baş məşqçisi Arne Slot klubun mərhum futbolçusu Dioqo Jotanın itkisindən hələ də dərin təsirləndiyini bildirib.
"Ürəyi "Liverpul"la döyünən hər kəs üçün çətin bir yay oldu. Dioqonun itkisi hamımıza dərin təsir etdi. Biz hələ də bununla barışa bilmirik. Dioqonun ailəsinin çəkdiyi ağrıları heç kim başa düşə bilməz. Klub ailəyə hər cür dəstək göstərmək imkanındadır", - deyə Arne Slot vurğulayıb.
Məlumat üçün bildirək ki, portuqaliyalı futbolçu iyulun 3-də qardaşı ilə birlikdə avtomobil qəzasında həlak olub.
Paylaş :