FUTBOL
"Yarasalar"ın heyəti güclənir
"Renn"in yarımmüdafiəçisi Baptiste Santamaria yeni mövsümü "Valensiya"da keçirəcək. Olimpnews.az "yarasalar"ın rəsmi saytına istinadən xəbər verir ki, transfer məbləği 2 milyon avro olub, müqavilə 30 iyun 2027-ci ilə qədər imzalanıb.
Ötən mövsümü "Nitsa"da icarə əsasında keçirən Santamariya “Frayburq”, “Anje” və “Tur” klublarının formasını geyinib. Peşəkar klub səviyyəsində o, 424 rəsmi oyunda 22 qol və 13 məhsuldar ötürmə müəllifi olub.
Paylaş :