FUTBOL
"Real"ın keçmiş qapıçısı "İstiqlal"ı seçdi
"Madrid "Real"ının keçmiş qapıçısı, 38 yaşlı Antonio Adan karyerasını İran çempionatında davam etdirəcək.
Olimpnews.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, təcrübəli qapıçı azad agent kimi bir mövsümlük müqavilə ilə “İstiqlal” klubuna keçib. Məlumat üçün bildirək ki, son iş yeri Portuqaliya "Sportinq"i olub. 2009-2013-cü illərdə "Real"da çıxış edən ispaniyalı futbolçu "Betis", "Kalyari" və "Atletiko" kimi klubların formasını geyinib.
Paylaş :