FUTBOL
Baş məşqçi komandanı şam yeməyinə dəvət edib
"Yuventus"un baş məşqçisi İqor Tudor futbolçuları birgə şam yeməyinə dəvət edib.
Olimpnewes.az "La Gazzetta dello Sport"a istinadən xəbər verir ki, tədbir Nürnberqdəki Asiya restoranında təşkil edilib.
Qeyd edək ki, "Yuventus" hazırda Almaniyada mövsümöncəsi təlim-məşq toplanışı keçirir. Turinlilər avqustun 10-da Dortmund "Borussiya"sı ilə yoldaşlıq oyunu keçirəcəklər.
Paylaş :